"Tromo" - "İnter" matçında ukraynalı hakim

13.07.2013 | 3199 dəfə oxunub

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Tromso" - "İnter" matçının hakimi müəyyənləşib. Stadium.az xəbər verir ki, matçı Yuri Mojarovski idarə edəcək. 1976-cı ildə Lvovda anadan olan ukraynalı referi FİFA-nın I dərəcəli hakimlər kateqoriyasına aiddir. 2008-ci ildən Ukrayna Premyer Liqasının oyunlarına təyinat alır. Mojarovski vətənində daha çox 2009-cu ildə Ukrayna kubokunun 1/2 final mərhələsi çərçivəsində baş tutan "Şaxtyor" - "Dinamo" (Kiyev) oyunundakı idarəçiliyi ilə tanınıb. Belə ki, həmin matçdan öncə Donets klubu əcnəbi hakim təıəb etsə də, federasiya sözügedən matçı Mojarovskiyə etibar etdi və o, işinin öhdəsindən uğurla gəldi.

2011-ci il, mayın 11-də onun idarə etdiyi "Dinamo" - "Şaxtyor" oyunu isə böyük narazılıqlara səbəb olmuşdu. Belə ki, Mojarovski ilk yarıda qonaqların qapısına mübahisəli penalti təyin etməklə yanaşı, ikinci hissədə "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunu da meydandan qovdu.

Ukraynalı hakim 2 il əvvəl Avroliqada Azərbaycan klubunun oyununu idarə edib. Mojarovski 2011-ci il, iyulun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Banqa" (Litva) görüşünün baş hakimi olub. Həmin görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sözügedən matçda ukraynalı hakim komandamızın 2 futbolçusunu - Vüqar Nadirov (43-cü dəqiqə) və Maksim Medvedevi (71) sarı vərəqə ilə cəzalandırıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail