Ramin Musayev: "Ən az 2 klubumuza böyük ümidlərim var"

12.07.2013 | 4426 dəfə oxunub

“Avrokuboklarda çıxış edən klublarımıza böyük ümidlərim var. Məgər biz zəifik?" Stadium.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. PFL başqanı ən azı 2 klubumuza böyük ümidlər bəslədiyini bildirib: "Keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyini heç kəs gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2 klubumuza böyük ümidlərim var. Onu da bildirmişdim ki, hər 3 klubumuz turnirdə ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların olacağını görəcəksiniz". 

R.Musayev ölkə superkuboku uğrunda matçdan da söz açıb: "Azərbaycan Superkuboku uğrunda oyunun iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk matçlarının evdə olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdə tutmuşduq. Ancaq “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdədirsə, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur, ancaq gözəl bir günə salacağıq”.

Ramin Musayev Superkubokun qış fasiləsində klubların təlim-məşq toplanışında olduğu Türkiyədə keçirilməyi ilə bağlı təklifə də münasibət bildirib: “Bu, gözəl fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində, Superkubok oyununun Türkiyədə keçirilməsini “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov təklif etmişdi”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail