Premyer liqadakı komandaların sayı artırılacaq? - YAZI

Azərbaycan çempionatı əl oyuncağına çevrilir

17.05.2011 | 5493 dəfə oxunub

Fuad Musayevin dönəmi başa çatanda, hər kəs hər şeyin müsbətə doğru dəyişəcəyini düşünürdü. Axı, Azərbaycan futboluna maliyyə axını başlayacaqdı. Başladı da, ammarnmüsbət dəyişiklik yalnız pul axını ilə məhdudlaşdı. Mənfiyə meyilli hadisələr sürətlə artmağa başladı. Futboldan zərrə qədər anlayışı olmayanların yanlış qərarları bir çox sahədə, o cümlədən ölkə çempionatında tənəzzülü sürətləndirdi. 16 komandalıq çempionat darmadağın oldu. Neftşünas futbol "alimləri" güc-bəla ilə 12 komandadan ibarət birincilik təşkil etməyə başladılar. Nəticədə, bölgələrdə futbola maraq azaldı, mövcud futbol məktəbləri çökdü...

rnrn

Mövsümün başa çatmasına cəmi bir neçə tur qalıb. May sona çatmadan Azərbaycanın olmayanrnfutbolunda mövsümlərarası tənəffüs elan ediləcək. Çempion indidən məlum olsa da, Premyer liqanın formatı, legioner limiti sual altındadır. Son olaraq, "Turan"dan qovulan Naci Şensoyun "Musa Süleymanov iddia edirdi ki, guya ona AFFA-dan deyiblər ki, mövsümün sonunda heç bir komanda Premyer liqadan düşməyəcək" açıqlaması, çempionatın formatı haqda səsləndirilən iddiaların yenidən gündəmə gəlməsi ilə nəticələndi. Xatırladaq ki, bir qədər əvvəl "Simurq"un prezidenti Zaur Məmmədov da təxminən bənzər fikir səsləndirmiş, iddia etmişdi ki, Premyer liqadan heç bir komandanın I diviziona düşməmək ehtimalı var.

rnrn

14, yoxsa 16 komanda?

rnrn

Futbol elitasının ən üst pilləsindən əldə etdiyimiz bəzi söz-söhbətləri diqqətinizə çatdırmaq istərdik. İddialara görə, gələn mövsümdən "altılıq" sistemi ləğv olunacaq. Buna səbəb, Premyer liqa iştirakçılarının sayının artırılması ehtimalıdı. Futbol rəsmiləri qeyri-rəsmi şəraitdə bu məsələyə aid 2 fərqli fikir səsləndirirlər:

rnrn

1. Komandaların sayı 14-ə qaldırılacaq.

rnrn

2. Premyer liqa təmsilçilərinin sayı 16-ya çatdırılacaq. Əgər mübarizəyə qoşulanların sayı 14 olarsa, MOİK-lə "Simurq" aşağı dəstəyə düşməyəcək. "Abşeron"la "Rəvan"ın,

rnrn

planlaşdırıldığı kimi, Premyer liqaya qoşulması ilə çempionatda mübarizə aparanların sayı 14 olacaq. Yox, 16 komandalıq çempionat keçirilməsi qərara alınarsa, "Neftçi İSM"in adı dəyişdiriləcək və klub Siyəzəni təmsil edəcək. "MKT Araz", yaxud "Şahdağ" Premyer liqada mübarizə aparacaq son komanda olacaq. Bu yerdə diqqətinizə çatdıraq ki, "Neftçi İSM"in "Neftçi"nin peyk-klubu kimi fəaliyyət göstərəcəyi, "MKT Araz"ın isə "Qəbələ"nin farm-klubu olacağı gözlənilir. "Bakılı"nın çempionata buraxılmasında AFFA-nın maraqlı olmadığı da söylənilir. Səbəbi Misir Əbilovdu. AFFA rəhbərliyi 365 gün Əbilovla münaqişə aparmaq niyyəti yoxdu.

rnrn

Artırılsın, yoxsa artırılmasın?

rnrn

Əvvəlcə, başlayaq, MOİK-dən. "Ədliyyə"nin ləğv olunması ilə MOİK-in AFFArnüçün əhəmiyyəti artıb. Futbolçuların hərbi xidməti məsələsində başının ağrımaması üçün AFFA "hərbçilər"in Premyer liqada qalmasında maraqlıdı. Bu baxımdan MOİK-in aşağı dəstəyə düşürülməyəcəyi haqda səsləndirilən fikirlər müəyyən mənada həqiqətə səslənir.

rnrn

Zaqataladakı şəraiti göz önünə gətirsək, "Simurq"unrnaşağı dəstəyə düşməsi, düşərkən də dağılma ehtimalı ilə üz-üzə qalması bir qədər qəbul olunmazdı. Axı, o cür şəraiti olan rayonun futbolsuz qalması insafsızlıqdı. Nəzərə alsaq ki, Zaqatala təmsilçisinin arxasındakı şəxs Azərbaycan futbolundarnəsas söz sahiblərindən biridi, o zaman, Cahangir Hacıyevə görə, "Simurq"un Premyer liqada saxlanılacağını düşünmək olar.

rnrn

Əslində Premyer liqarntəmsilçilərinin sayının artırılması mütərəqqi hal olardı. Gəl ki, bu şəkildə artırılması qəbul olunmazdı. Sivil ölkədə qeyri-sivil qərarların qəbulu arzuolunmazrnhaldı. AFFA-nın belə bir fikri var idisə, gərək mövsümün əvvəlindən elan edərdi. Etməyibsə də, gərək aşağı dəstədəki komandaların hüquqlarını pozmasın, haqqını yeməsin. Yaxşı olardı ki, MOİK-lə "Simurq" Premyer Liqaya vəsiqəni təmin etmiş "Abşeron"la "Rəvan" istisna olmaqla, I divizionda gözünü yuxarı liqaya dikən 4 komanda ilə pley-off qarşılaşmalarına çıxsın. Qaliblər 16 komandalıq çempionatda mübarizə aparmaq hüququ qazansız.

rnrn

***

rnrn

Yaxşı olardı ki, MOİK-lə "Simurq" Premyer Liqaya vəsiqəni təmin etmiş "Abşeron"la "Rəvan" istisna olmaqla, I divizionda gözünü yuxarı liqaya dikən 4 komanda ilə pley-off qarşılaşmalarına çıxsın. Qaliblər 16 komandalıq çempionatda mübarizə aparmaq hüququ qazansız.

rnrn

***

rnrn

Futbol rəsmiləri qeyri-rəsmi şəraitdə bu məsələyə aid 2 fərqli fikir səsləndirirlər:

rnrn

1. Komandaların sayı 14-ə qaldırılacaq.

rnrn

2. Premyer liqa təmsilçilərinin sayı 16-ya çatdırılacaq

rnrn

Mussa Eldəniz



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail