"Qarabağ" üçün 68 yaşlı rəqib

12.07.2013 | 4144 dəfə oxunub

Makedoniya "Metallurq"unu hər iki oyunda 1:0 hesabı ilə məğlub edərək, Avroliqanın ikinci mərhələsinə yüksələn "Qarabağ" bu turda Polşanın "Piast" klubu ilə görüşəcək. Stadium.az xəbər verir ki, Qlivitse şəhərini təmsil edən "Paist"ın əsası 1945-ci il iyunun 18-də qoyulub. Tarixi ərzində birinci liqada 32 mövsüm keçirən "Qarabağ"ın rəqibi Polşanın yüksək liqası - "Ekstraklassa"ya yalnız 2008-ci ildə yüksələ bilib. Son mövsüm dördüncü olan "Piast" ev oyunlarını doğma şəhərindəki eyniadlı stadionda keçirir. "Piast" stadionunun tutumu 10 mindir. Klubun prezidenti Yatsek Kşijanovski, baş məşqçisi isə Matçin Broşdu. Komanda ev oyunları zamanı göy-qırmızı, səfər matçlarında isə ağ-qırmızı rəngli formada çıxış edir. Son mövsüm "Piast" ölkə çempionatında dördüncü yeri tutub. Tarixi ərzində komanda 2 dəfə ölkə kubokunda finala yüksəlsə də, hər iki halda həlledici qarşılaşmadan məyus ayrılıb. 1978-ci ildə "Zaqlembe", 1983-cü ildə isə "Lexiya" "Piast"ın arzusunu gözündə qoyub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail