Səhər fiziki, axşam texniki-taktiki hazırlıq

11.07.2013 | 3962 dəfə oxunub

"Rəvan” yeni mövsümə hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, komanda bazar ertəsi baş tutan bərpaedici məşqdən sonra "gücləndirilmiş rejim”lə çalışır. Gündə 2 dəfə məşq edən futbolçular bugünkü səhər məşqində əsasən fiziki hazırlıq üzərində çalışdı. Müxtəlif maneələri dəf etməklə müəyyən olunmuş məsafələrə qaçan oyunçular eyni zamanda fiziki çalışma üzrə ənənəvi təmrinləri də yerinə yetirdi.

Axşam məşqində isə texniki-taktiki hazırlıq ön plana çıxdı. Baş məşqçi Ramil Əliyev yetirmələrinə dar sahədə pressinq altından çıxmaq üzrə xüsusi tapşırıqlar verdi. Təxminən saatyarım davam edən məşqdə oyunçular ənənəvi "kvadrat” üzrə də çalışdılar. Bir toxunuşlu ötürmələrlə topu özündə saxlamağa yönəlik hərəkətlər isə bütün oyunçuların lap ürəyindən oldu. Məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işlədi.

Qeyd edək ki, hərbçilər arasında keçirilən I dünya çempionatında millimizin şərəfini qoruyan 6 futbolçunu saymasaq, heyətlə bağlı problem yoxdur. Belə ki, yüngül zədələri olan qapıçılar Lukaş Sapela və Fuad Əhmədov, eləcə də dizindəki ağrılara görə bir müddət "istirahət edən” Şəhriyar Rəhimov bütün komanda ilə ümumi qrupda məşqdə iştirak etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail