“Rəqibim hündür olduğu üçün ona yaxınlaşa bilmirdim” - MÜSAHİBƏ

17.05.2011 | 4583 dəfə oxunub

Mayın 28-də Çinin Quyan şəhərində keçiriləcək döyüşdə Olimpiadaya rnlisenziya uğrunda mübarizə aparacaq boksçumuz Soltan Migitinov WSB rnliqasının rəsmi saytına müsahibə verib. 22 yaşlı idmançı WSB liqasında rnQazaxıstanın “Astana Arlans” klubunun üzvü Kanat Slamı məğlub etmiş rnyeganə boksçudu. O, mövsüm ərzində 4 qələbə qazanaraq, fərdi reytinqdə rn2-ci yeri tutub. Qələbələrin ikisi texniki nokautla baş tututb. rnMigitinov yeganə məğlubiyyəti “Baku Fires” üçün heç vaxt unudulmayacaq rn“Paris United”lə yarımfinalın cavab görüşündə Maykl Tavaresdən alıb. rnİndi “Baku Fires”in bütün ümüdləri fərdi döyüşlərdə iştirak edəcək rnMigitinov və Məhəmmədrəsul Məcidovla bağlıdı. rn

-Noyabrda mövsüm yeni başlayarkən WSB haqda nə düşünürdünüz və indi mövsüm başa çatdıqdan sonra fikirləriniz necədi?
-Burn AİBA-nın həm boksçular, həm də boks həvəskarları üçün atdığı böyük rnaddım idi. Mövsümün sonunda bu proyektin uğurla nəticələndiyinə bir daharn hər kəs əmin oldu.

rn

-İndiyə qədərki boks karyeranızdan fərqli bu liqada nələri hiss etdiniz? Sizi daha çox nə stimullaşdırırdı?
-Buradarn kollektiv ruhunu qeyd etmək istərdim. Bundan başqa, məşqçilərin əməyinirn də vurğulamalıyam. Onlar bizim yüksək hədəflərə çatmağımız üçün rnəllərindən gələni etdilər.

rn

-WSB-də hansı görüş daha çox yaddaşınızda qalıb?
 -rn Hər hansı döyüşü fərqləndirə bilmərəm. Bütün qarşılaşmalar təcrübə rntoplamaq baxımından önəmli idi. Həm də WSB bir məktəb idi bizim üçün. rnİlk dəfə peşəkar boks həyəcanını burada yaşadıq.

rn

-Mövsüm başlayanda fərdi yarışların finalına vəsiqə qazanacağınızı düşünürdünüzmü?
- Bu mənim əsas məqsədlərimdən idi. Buna nail olduğuma görə çox şadam.

rn

-Rəqibiniz Sergey Derevyançenkonu məğlub etsəniz, London rnOlimpiadasına lisenziya qazanmaqla yanaşı həm də, 20 000 dollar pul rnmükafatına da sahib olacaqsınız. Heç bu haqda düşünürsünüz?
-Çoxrn məsul bir döyüşə çıxacağımdan bir qədər həyəcanlıyam. Amma qalib gəlməkrn üçün bütün bacarığımı ortaya qoyacam. Olimpiya oyunlarına vəsiqə rnqazanmağı həddən artıq çox istəyirəm. Axı bu bütün idmançıların əsas rnməqsədi, hədəfidi. Ümüd edirəm ki, arzum həyata keçəcək.

rn

-Parisdə keçirilən yarımfinal görüşündə siz WSB liqasında ilkrn məğlubiyyəti Mişel Tavaresdən aldınız. Artıq bu döyüşün üstündən xeyli rnvaxt keçib. Nə qənaətə gəlmisiniz, niyə uduzdunuz?
-Daha rnyaxşı çıxış edə bilərdim. Sadəcə həmin gün döyüşüm alınmadı. Rəqibim rnboyca hündür olduğundan ona yaxınlaşa bilmirdim. Tavarez həm də fiziki rncəhətdən də çox hazırlıqlı idi. Bütün bunlar artıq keçmişdə qalıb. rnTavareslə görüş isə mənim üçün yaxşı mənada dərs oldu.

rn

-Fərdi döyüşdə sizin rəqibiniz böyük təcrübəyə malik olan Sergey Derevyançenko olacaq. Həmin döyüşə hazırlığınız necə gedir?
-Sizrn haqlısınız, Derevyançenko çox təcrübəli idmançıdı. Ümumiyyətlə, Ukraynarn boks məktəbinin həmişə güclü ənənələri olub. Hazırda Mayamidə tanınmış rnpeşəkar boks mütəxəssislərinin rəhbərliyi altında hazırlıq keçirəm. rnFiziki cəhətdən də mayın 28-də keçiriləcək qarşılaşmaya yaxşı rnhazırlaşmalıyam. Axı komanda döyüşlərindən fərqli olaraq, bu dəfə görüş 5rn yox, 7 raund davam edəcək. Əminəm ki, Derevyançenkonu məğlub etmək rniqtidarındayam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail