"Rəvan" polşalı qapıçını heyətində saxladı

10.07.2013 | 3925 dəfə oxunub

Yeni mövsümə hazırlığı davam etdirən “Rəvan” heyəti gücləndirmək yolunda fəaliyyətini davam etdirir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu dəfə heyətə yeni futbolçu qatmasa da, əsas oyunçulardan biri olan Lukaş Sapela ilə müqavilənin müddətini uzadıb. Belə ki, 30 yaşlı polşalı qolkiper növbəti mövsümün sonuna kimi “aslan” olacaq.

Qeyd edək ki, daha öncə Şəhriyar Rəhimovla başa çatan müqavilə yenilənmiş, futbolçu ilə 2 illik razılıq əldə olunmuşdu. Bundan başqa, “Rəvan” bu yay artıq 5 transferi rəsmiləşdirib. Bunlar Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov, Bəxtiyar Soltanov və Novruz Məmmədovdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail