Qulu Məhərrəmli: “Azərbaycanda idman mətbuatı ağrılı yerimizdi” Müsahibə

08.07.2013 | 4978 dəfə oxunub

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli “Het-trik news” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

***

İnsanın yaşı ilə onun peşəsindənkənar sahələrə marağı tərs mütənasibdir. Yəni insan yaşlaşdıqca, bu istiqamətdə marağı azalır. Bunu öz şəxsi təcrübəmdən deyirəm. Orta məktəbdə oxuyarkən futbolun çılğın azarkeşi idim. Uşaqlıq illərimdə futbolla bağlı məlumatlar indiki kimi çox deyildi. Amma buna rəğmən Dünya Avropa çempionatlarına baxırdıq, futbolla bağlı yazıları böyük həvəslə oxuyurduq. Məşhur futbolçuların adlarını əzbərdən bilir, onların işlətdikləri fəndləri təkrarlamağa çalışırdıq. Özümüzü Pele, Eysebion, Qarrinçaya bənzədirdik.

***

Orta məktəb illərində yaxşı futbol oynayırdım, qapıçı idim. Amma lider olmaq istəyinə görə həmişə hücumda oynamağa can atmışam. 10 ya da 11 nömrəni seçirdim. Orta təhsili Şuşadainternat məktəbdə almışam. Şagird olarkən, həm güləşlə məşğul olur, həm məktəbin futbol komandasının üzvü idim. Komandamız Dağlıq Qarabağ birinciliyində çıxış edirdi. Cıdır düzünün yaxınlığında stadion düzəltmişdilər. Oyunların birində çox gözəl bir qol vurdumuzaq məsafədən endirdiyim zərbə üst tirə dəyərək içəri düşdü. Həmin qolu indi hərdən yuxularımda görürəm. Tələbəlik illərində isə futbola yanaşma şüurlu formada idi. Azərbaycan futbolu ilə ciddi maraqlanırdıq. O vaxtlar hamının bir komandası vardı – “Neftçi”. Bu komandanın göstərdiyi nəticələrə çox həssas yanaşırdıq.

***

Televiziyada işləyərkən futbolla daha yaxından maraqlanırdım. Təsadüfi deyil ki, “Səhərproqramının rəhbəri olarkən, xüsusi idman proqramı hazırlayırdıq. Verilişə yeni aparıcılar cəlb edirdik. Özümüzün futbol komandası vardı müxtəlif yarışlarda, qəzet televiziyalar arasında keçirilən turnirlərdə iştirak edirdik. Çox sayda qələbələrimiz olub. Cavanlarla birlikdə oynamaqdan zövq alırdım. Ümumiyyətlə, Az.TV- camaat arasında münasibət yaxşı deyildi. Təbii ki, bu səbəbdən onun komandasına da azarkeşlik edən az olurdu.

***

Futbolun cazibəsi, romantikası digər idman növləri ilə müqayisədə tamam başqadı. Arada voleybol, stolüstü tennis oynayıram. Amma futboldakı ehtiras, coşqu, müsbət enerji onların heç birində yoxdu. Futbol həm bir elmdifutbolçudan ağıl, taktika qurmaq tələb edir. İndi futbolun taktikası da, insanların futbola baxışı da çox dəyişib. Buna rəğmən gözəlliyini, cazibəsini saxlaya bilib, ən populyar idman növü olaraq qalmaqdadı.

***

Məni davamlı azarkeş hesab eləmək olmaz. VaxtiləNeftçi azarkeşlik edirdim. İndi buraQarabağı da əlavə eləyərdim. Bunun da bir neçə səbəbi var. Birincisi əslən qarabağlıyam, ikincisiQarabağda işləyən Elbrus Abbasovla qonşuyam, üçüncüsü isəQarabağın adına görə. Təssüf ki, bizdə sabit komanda yoxdu. Çünki, sabit futbol, ona sabit münasibət yoxdu. səbəbdən hərdən futbolumuzdan küskün düşürəm. Amma 20 ildir ki, “Qalatasarayın sadiq azarkeşiyəm. Elə oyunu olmur ki, baxmayım. Türkiyə futbolunun son illərdəki yüksəlişi Azərbaycanda da öz təsirini göstərib. Türk klublarının xeyli azarkeş ordusu yaranıb. Hansısa qələbədən sonra insanların küçələrə axışması, qələbəni coşqu ilə qeyd etmələrindən xoşlanıram. “Qalatasarayın uğursuz çıxışı zamanı da daxilən bir rahatlıq tapıram ki, bu, uzun çəkməyəcək. İstanbulda olarkən, 2 dəfə komandamın oyununu stadiondan izləmişəm. “Ali Sami Yençox əzəmətli idi. Çox istərdim ki, derbi oyunlarına da stadiondan baxım. Təkcə oyuna yox, stadionda olanların reaksiyalarını da izləmək maraqlı olardı. Səviyyəsinə görə türk futbolu, tamaşaçı mədəniyyəti bizdən qat-qat üstündü. O səviyyəyə çatmaq üçün xeyli çalışmalıyıq.

***

Bu gün orta məktəb şagirdləri dünya futbolunu, futbolçuların adlarını çox yaxşı bilirlər. Bir tərəfdən buna sevinirəm. Digər tərəfdən isə, futbola sevgi elmə diqqəti azalda bilər. Yəqin ki, beyinlərində boş faylları var. Elmə, biliyə yer qalar

***

Futbolu daha çox televizordan izləməyi xoşlayıram. Stadionda olarkən, hərbən azarkeşlərin yersiz hərəkətlərindən əsəbiləşirəm. Həm televiziya elədi ki, oyun bir neçə kamera ilə çəkilir. Stadionda futbola iki gözlə baxırsansa, televizorda gözlərin sayı bir neçə dəfə artır. Az.TV- işləyərkən, hansısa beynəlxalq oyun zamanı rejissor otağında idim. Futbolu tamaşaçıya çatdırmaq üçün rejissorun peşəkar, bu sahəni bilən adam olması vacibdi. Eyni zamanda bir neçə kameranın görüntüsünü izləmək həmin görüntülərin ən yaxşısını tamaşaçıya çatdırmaq peşəkarlıq tələbə edir.

***

Türkiyədən başqa son vaxtlar İngiltərə Almaniya birinciliklərinin oyununu mütəmadi olaraq izləməyə çalışıramAvropa futbolunda sürət texnikanın vəhdəti, xətlərarası əlaqə, məşqçilərin taktiki gedişlərini izləyəndə futboldan həqiqətən zövq alıram. Dostum, hamımızın yaxşı  tanıdığı Elçin Şıxlının sayəsində İspaniya birinciliyinin azarkeşi olmuşam. Ümumiyyətlə, Elçin müəllim futbolu dərindən bilən insandı. Futbola bağlı söylədiyi fikirlər, apardığı mülahizələr o qədər maraqlı olur ki, istər-istəməz bu insanın futbol biliyinə heyran qalırsan. Bu sözləri İbrahim Nəbioğluna da aid etmək olar. Rəhmətlik Adil Qaçayoğlu da gözəl futbol bilicisi idi. Hətta Adil müəllimin futbola olan sevgisi balaca oğluna da sirayət etmişdi. Bir dəfə jurnalistlər arasında keçirilən turnirdə bizim komanda “525-ci qəzetin komandası oynayırdı. Adil müəllimin oğlu ilə kənarda dayanıb oyunla bağlı söhbət edirdik. Uşağın futbolla bağlı söylədiyi fikirlər adamda belə bir təəssürat yaradırdı ki, neçə ilin futbol bilicisi ilə söhbət edirsən. Belə insanlar Azərbaycanda çoxdu. Xeyli ad çəkə bilərəm.

Bayaq adını çəkdiyim birinciliklərin oyunlarına hansı kanaldan baxmağıma gəlincə isə... Eyni qiymətə olan hansı kostyumu alarsınızFransa istehsalı olan, yoxsa Azərbaycanda tikilən sex malını?

***

Son illər futbol şərhçiliyi sahəsində kifayət qədər tanınmış adlara rast gəlirik. Məsələn, Elnur Əşrəfoğlunu, Altay Əliyevin digərlərini göstərə bilərəm. Hərəsinin özünəməxsus aparıcılıq tərzi var. Elnur bir qədər soyuqqanlıdı, Altay azarkeşləri daha çox ələ ala bilir. Onların bir şərhçi kimi yetişməsində azacıq da olsa, zəhmətim var. Televiziyaya gələrkən, yaşlı nəsil onlara bir qədər qısqanc münasibət bəsləyirdi. Həmişə həmin gənclərə dəstək olmağa çalışmışam. Hətta, vaxtilə Universitetdə dərs dediyim bir neçə qız var idi ki, onlara yaxşı şərhçi ola biləcəklərini söyləmişdim. Amma, yəqin mentalitetdən irəli gəlir, etiraz etdilər. İndi hərəsi bir sahənin mütəxəssisidi, amma şərhçiliyi seçsəydilər, daha irəli gedə bilərdilər.

Gənc şərhçilərdən Gündüz Abbaszadənin adını da qeyd etmək istərdim. Gündüzə jürnalistika fakultəsində dərs demişəm. Onun kimi aparıcıların çoxluğu idman jurnalistikasının xeyrinə olardı.

***

SSRİ dönəmində belə bir adət var idi – futbol şərhçisi gərək keçmiş futbolçu olaydı. Vladimir Maslaçenkonu misal gətirə bilərəm. Bizdə futbol həyatı yaşamış şərhçilərimiz olubÇingiz İsmayılov, Aydın Əliyev. Şərhçi üçün futbolçu olmaq azdı. Gərək dili səlist biləsən. Az.TV- işləyərkən uşaqlara futbolla bağlı hansı terminlərdən daha çox istifadə etmələri ilə bağlı məsləhətlər verirdim. Təəssüf ki, indiki idman jurnalistikasında şəffaflıq yoxdu. Şərhçilər, idman jurnalistləri istər efirdə, istərsə yazılı mətbuatda fikirlərini açıq-aydın ifadə edə bilmirlər. Tərəfkeşlik hiss olunur. Fikir ifadə etmək üçün onlara şərait, tribuna yaradılmalıdı. Jurnalist kimlərdənsə asılı olmamalıdı. Bu da idman jurnalistikasını hörmətdən salan, inkişafını ləngidən amillərdəndi. Qısası, Azərbaycanda idman mətbuatı ağrılı yerimizdi. İndi əsl idman şəhrçisi, futbol şərhçisi barmaqla sayılası qədərdi. Yaxşı yadımdadı, SSRİ dönəmində nəşr olunan qəzetlərdə idman yazılarını mütəmadi izləyirdik. Bəzi qəzetlərdə idmana səthi yanaşma var idi. AmmaBakıqəzetini oxuyarkən hissə edirdin ki, idman bölməsində çalışanlar əsl peşəkarlardı. Şamil Şahməmmədovun yazdığı məqalələr, şərhlər çox oxunaqlı idi. “Bakının rus versiyası olanBakuda da həmçinin. Mark Peyzelin yazılarından həzz alırdıq. İndi isə belələri çox azdı.

***



Son vaxtlar Messi ya Ronaldonun hansının daha yaxşı futbolçu olması haqda mətbuatda, televiziyada xeyli müzakirələr gedir. Mən Messini Ronaldo ilə deyil, Maradona ilə müqayisə etmək istərdim. Buna həm futbolun keçmişi ilə bu gününün müqayisəsi demək olar. Maradona kimi texnikalı futbolçular nadir hallarda yetişir. Maradona bir qədər şouyameylli futbolçu olub. Amma qiyməti, dəyəri yox idi. Argentina yığması Maradonasız tamam başqa cür görünürdü. Hiss olunurdu ki, futbol yoxdu. Müsbət enerjiyə məxsus futbolçu idiadicə topa toxunuşu stadionda ab-havanı dəyişə bilirdi. Messi əla futbolçudu. Maradonanın meydanı görmək qabiliyyəti Messidə olsaydı, onun oynadığı komanda daha çox uğurlara imza ata bilərdi. Maradona həm fərdi, həm komanda oyununda güclü idi. Messidə isə fərdi xüsusiyyətlər daha çox sezilir, komanda oyununda bir qədər axsamalar var. Maradonanı dünya futbol tarixində ən böyük futbolçu hesab edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail