Özcan Bizati: “Yəqin ki, “Qəbələ” Railə daha sərfəli şərtlər təklif etdi” Müsahibə

08.07.2013 | 5782 dəfə oxunub

Dənizlisporun keçmiş futbolçusu Rail Məlikov artıq vətənə dönərəkQəbələilə müqavilə bağlayıb. Railin Türkiyə klubundan ayrılması heç söh-söhbətsiz ötüşmədi. Qardaş ölkə mətbuatının Rail haqda yazdıqlarına futbolçu dərhal reaksiya verdi deyilənlərin şaiyə olduğunu bildirdi. Məlikovun keçmiş məşqçisi Ozcan Bizati ilə əlaqə saxlayıb komandadakı vəziyyət, futbolçunun gedişi ilə bağlı fikirlərini öyrəndik. Azından həmyerlimizDənizlisporun digər futbolçusuArif İsayevyin vəziyyətini bilmək maraqlı olardı.

- Artıq 2 gündür ki, məşqlərə başlamışıq. Hər şey normaldır. Məqsədimiz mövsüm Superliqaya vəsiqə qazanmaqdı. Amma bu, etdiyimiz transferlərdən asılı olacaq. Daha 8-10 transfer gerçəkləşdirməyi planlaşdırırıq. Onların arasında azərbaycanlı futbolçular da olacaq. Bir neçəsi ilə yaxından maraqlanırıq, lakin konkret ad çəkmək istəmirəm. Bu, işimizə əngəl ola bilər. Azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması mənim işimə kömək edir. Ona görə, özüm həmyerlilərinizin xidmətində maraqlıyım.

- Məlikovun komandadan ayrılmasına səbəb idi?

- Çox istərdik ki, RailDənizlisporda qalsın. Təəssüf ki, komandadan getmək istədi. Bir müddət əvvəl sizinlə söhbətimizdə Railin Superliqa komandalarından təklif aldığını söyləmiş, onun həmin komandalarda rahat çıxış edəcəyini demişdim. İndi fikrimdə qalıram. Rail səviyyəli bir futbolçudu. Gedişinin səbəbi barədə fikir bildirməkdə çətinlik çəkirəm. Hər halda onun bu qərarına hörmətlə yanaşırıq.

- Rail haqda Türkiyə mətbuatında yazılanlardan yəqin ki, xəbəriniz var.

- Vallah, belə şeylər məni maraqlandırmır. Bu, Raillə klub arasında olan məsələlərdi özləri bilərlər. Mənim fikir bildirməyim artıq olardı. Raillə aramızda heç bir problem yaşanmayıb, yenə bir-birimizə hörmətlə yanaşırıq.

- Onun Azərbaycana dönüşünü geriyə atılmış addım kimi dəyərləndirmək olarmı?

- Deməzdim. Yəqin ki, “QəbələRailə daha sərfəli şərtlər təklif etdi. Bu üzdən onun Azərbaycana qayıdışını normal qarşılayıram. Peşəkarlıq baxımından geri atılmış addım hesab etmirəm. ƏgərDənizlispor ya digər türk komandasıQəbələdən yaxşı təklif etsəydi, Raili transfer edə bilərdi.

- Railin komandadan gedişi digər həmyerlimiz Arif İsayevin çıxışına təsir göstərə bilərmi?

- Arif artıq bizimlə məşqlərə qoşulub. İlk baxışdan fiziki, psixoloji durumunda hər hansı bir geriləyiş görmürəm. Ötən mövsüm aldığı zədələrə baxmayaraq, komanda üçün lazımlı oyunçu olduğunu sübut elədi. İnanıram ki, bu il belə olacaq. Türkiyə onun üçün yad yer deyil, ikinci vətənidi.

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail