"Dənizlispor" Rail Məlikovun əvəzinə başqa azərbaycanlı futbolçu tapdı

06.07.2013 | 4572 dəfə oxunub

“Dənizlispor” yollarını ayırdığı həmyerlimiz Rail Məlikovun əvəzinə elə başqa bir azərbaycanlı oyunçu tapıb. Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I divizion təmsilçisi millimizin digər sabiq müdafiəçisi – Vurğun Hüseynova təklif göndərib. 24 yaşlı futbolçumuzla danışıqların müsbət keçdiyi və onun iyulun 8-də Dənizlidə olacağı bildirilir.

Rail az öncə “Qəbələ”yə keçdiyi halda, Vurğun son illərdə şərəfini qoruduğu bu komandadan gedib. O, mövsüm bitəndən sonra “Sumqayıt”a keçib.

Maraqlıdır ki, Türkiyənin digər internet mənbəyində başqa mərkəz müdafiəçimiz - Saşa Yunioğlunun maraqlandıqları və Dənizliyə dəvət olunduğu yazılıb. Vurğun kimi mövsüm bitəndən sonra “Sumqayıt”a keçən millimizin 28 yaşlı sabiq oyunçusunun Məlikovla dost olaraq, vaxtilə bir yerdə oynadığı məlumdur.

Qeyd edək ki, hazırda yarımmüdafiəçimiz Arif İsayev sərəncamında olan “Dənizlispor” azərbaycanlı futbolçu legioner sayılmadığından daha birini transfer edib, boşluğu doldurmaq fikrindədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail