Georgi Nikolov: "Futbol qonaqpərvərliyi məni bezdirib"

06.07.2013 | 4822 dəfə oxunub

“Ürəkdən qonaqpərvərliyə görə çox sağ olun! Bunu mənə Finlandiya klubunun prezidenti vidalaşarkən dedi və çox haqlı idi”. Stadium.az xəbər verir ki, bu fikirlər “İnter”in prezidenti Georgi Nikolova məxsusdur. Bolqarıstanlı klub prezidenti klubunun rəsmi saytında yazdığı bloqunda Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə Bakıda 1:1 hesabı ilə nəticələnən ilk oyuna toxunub.

Komandasını əldən buraxdığı qələbəyə görə tənqid edən Nikolov qitə miqyaslı turnirdə rəqiblərinin buradan nəticə ilə qayıtmağı onu yorub: “İnter”in bütün işləri qonaqlarımızın unudulmaz xatirələr qalması üçün çalışdılar. Bu, həmişə belə olub. Serblər, slovakiyalılar, polşalılar, yunanlar bura gələrək, xoş qəlblə qayıdıblar. Bəli, biz onların yolunu əngəl yaratmırıq. Futbolçularımız da yaxşı ton qaydalarına əməl edirlər - inamlı qələbə əvəzinə misal üçün finlərə qonaqpərvər heç-heçə bağışladılar. Bu, xoşagəlimli futbol adlanır. 10 qol imkanı yaradıb bunu reallaşdırmırsan və rəqibə yeganə zərbə ilə fərqlənməyə imkan verirsən...Ümumiyyətlə, “İnter”dəki bizlərin hamısı marketinq baxımdan uzaqgörən insanlarıq, intriqanı son saniyəyə kimi saxlayırıq. Əgər ciddi olsaq, bu futbol qonaqpərvərliyi məni bezdirib. Qoy, rəqiblər xoşagəlimli olsun, biz isə vicdansızlıq olmadan onları təngə gətirək. Aydındır ki, keçmişi qaytarmaq olmaz. Parlaq gələcəyə nail olmaq üçünsə Finlandiyada özümüzü qaşqabaqlı və xoşagəlimsiz qonaq kimi göstərməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail