"Qalatasaray" portuqaliyalı ulduza "elçi düşüb"

05.07.2013 | 4726 dəfə oxunub

Türkiyədə keçirilən 20 yaşlı futbolçular arasında dünya çempionatının 1 nömrəli ulduzu olan portuqaliyalı futbolçu Bruma karyerasını Türkiyədə davam etdirə bilər. Stadium.az xəbər verir ki, "Qalatasaray" 18 yaşlı ulduzu heyətinə qatmaq istəyir. Bu haqda Brumanın meneceri Bebiano Qomes açıqlama verib: "Çelsi"nin Brumanı heyətinə qatmaq istəməsi çoxlarına məlumdur. Klub rəsmiləri artıq menecerlər vasitəsi ilə bizə öz təkliflərini göndəriblər. Onlar Brumaya görə 4 milyon avro ödəmək istəyirlər ki, bu məbləğ də bizi qane etmir. Ən sərfəli təklifi "Qalatasaray"dan almışıq. Türkiyə klubu Bruma üçün 7 milyon avro ödəməyə hazırdı".

Lakin gənc futbolçunun meneceri bildirib ki, müştərisi gələcəyi ilə bağlı qəti qərar verməkdə tələsmir: "Brumanın "Sportinq"lə olan müqaviləsi gələn il başa çatır. Amma onlar futbolçunu heyətlərində saxlamaq istəyirlər. "Sportinq" Bruma yeni müqavilə təklif etməyə hazırlaşır. Razılıq əldə olunsa, sözləşmə 2018-ci ilə kimi nəzərdə tutulacaq. Təbii ki, böyük klubların maraq dairəsində olmaq çox xoşdur. Amma danışıqlar zamanı biz ilk növbədə "Sportinq"lə müzakirələr aparacağıq. Bruma özü də hələ ki klubunu dəyişmək fikrində deyil. Eləcə də "Sportinq"in futbolçununb üzərində böyük əməyi var. İndi bunu danıb, onların zəhmətini yerə vurmaq, bir qədər artıq qazanca görə klubdan getmək düzgün olmazdı. Bu səbəbdən də əvvəlcə "Sportinq"lə görüşəcəyik. İnanıram ki, razılıq əldə olunacaq və hər iki tərəf bundan məmnun qalacaq. Yalnız qeyri-adi hadisə baş verəcəyi halda, digər komandalarla danışıqlara başlaya bilərik".

"Qalatasaray" tərəfi isə hələlik bu iddialarla bağlı heç bir açıqlama verməyib. Yalnız Ünal Aysalın "U-20 millilər arasında baş tutan dünya çempionatını yaxından izləyirik. Turnirdə çıxış edən bəzi istedadlı futbolçular maraq dairəmizdədir" açıqlaması deyilənlərin həqiqət olmasına işarə verir.


Portuqaliyanın "ABola" nəşri də "Cim-Bom"un gənc ulduzla maraqlandığı haqda xəbər yayıb. Hətta Portuqaliya mətbuatının iddiasına görə, "Qalatasaray" Bruma üçün "Sportinq"ə 7 deyil, 12 milyon avro ödəməyə hazırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail