Karlos sabiq komanda yoldaşını "Sivasspor"a gətirdi

05.07.2013 | 5666 dəfə oxunub

Bir müddət əvvəl Roberto Karlosu baş məşqçi postuna gətirən "Sivasspor” klubu artıq ilk transferini reallaşdırıb. Stadium.az xəbər verir ki, Roberto Karlos həmyerlisi Çiçinyonu komandasına gətirib. “Sport Resifi” ilə müqaviləsi başa çatan braziliyalı futbolçu artıq dünəndən Türkiyədədir. Çiçinyo yeni klubu haqda bunları deyib: "Sivasspor"a gəlişimdə Roberto Karlosun burada olmasının böyük rolu var. Klubumla müqaviləmin bitdiyini öyrəndi və danışıqlara başladıq. İndi isə burdayam. “Sivasspor”u yaxşı tanıdığımı deyə bilmərəm. Amma qısa zamanda bu komandaya uyğunlaşacağımı düşünürəm. İlk hədəfimiz uğur əldə etmək, kuboklar qazanmaqdı. Ümid edirəm ki, bunda mənim də payım olacaq. Karlos ilə bir yerdə oynamışam. İndi isə onun əmrindəyəm. O, futbolçu kimi çox uğur qazanıb. Məşqçi kimi də uğur qazanacağına inanıram”.

Qeyd edək ki, Çiçinyo 2005-2007-ci illərdə “Real”da Karlosla biryerdə oynayıb. "Kral klubu"ndan başqa o, “Roma”, "Vilyareal" kimi klubların da şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail