Eurovision Azərbaycan Mərkəzi Arenada?!

16.05.2011 | 4577 dəfə oxunub

Məlum olduğu kimi, "Eurovisin-2012" Mahnı Müsabiqəsi Azərbaycanda baş tutacaq. Artıq indidən müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Sadalanan variantlar sırasında ilk yerlərdə Tofiq Bəhramov adına Respublika stadionu gəlir. Çünki bura həm şəhərin mərkəzində yerləşir, həm də ölkədə hələlik ən çox tamaşaçı tutumu olan məkandı.
Stadium.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov belə bir ehtimalı istisna etməyib. O, "Eurovision-2012" müsabiqəsinin bu stadionda keçirilə biləcəyini deyib. Lakin direktor bunun üçün müəyyən işlərin görülməli olduğunu vurğulayıb: "Hələ ki bizə bu barədə bir söz deyilməyib. Çoxları real variant olaraq Respublika stadionunun adını çəkir. Çünki bura 30 min tamaşaçı tutur. Amma hər şey qərardan asılıdı. Belə bir qərar verilsə, müsabiqə burada keçirilsə, əlbəttə, burada müəyyən işlər görülməlidi. İlk növbədə arenanın üstü bağlanmalıdı. Bundan başqa, oturacaqlar dəyişdirilməli və digər təmir işləri həyata keçirilməlidi. Görüləcək xeyli iş var. Onsuz da stadionda təmir işlərinin görülməsi nəzərdə tutulmuşdu. Hətta bu məqsədlə bir neçə ay öncə İtaliya və Türkiyə arxitektorları stadiona gəlib buranın vəziyyəti ilə tanış oldular. Onlar təmir işlərini 6-7 aya yekunlaşdıra biləcəklərini dedilər. Mənə elə gəlir ki, yaxın bir həftə ərzində müsabiqənin harada keçiriləcəyi dəqiq məlum olacaq"


Mənbə: Lent.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail