"Simurq"da 4 yeni futbolçu

05.07.2013 | 3552 dəfə oxunub

"Simurq" 2013/14-cü il mövsümünə hazırlıqları davam etdirməkdədir. Stadium.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 23-dən Kartepedə olan komanda dünən iki məşqə çıxıb. 1 gün əvvəl "Dila" ilə yoldaşlıq görüşü keçirdiyindən Georgi Çixradze yetirmələrini çox yormayıb. Səhər hazırlığı qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra Qori təmsilçisi ilə görüşdə 90 dəqiqə meydançada olan futbolçular məşqi "kvadrat" oynamaqla tamamlayıb. Digərləri isə qısa ötürmələr üzərində işlədikdən sonra, ikitərəfli oyun və qapıya zərbələrlə səhər çalışmasını tamamlayıb.

Axşam məşqində isə Georgi Çixradze yoldaşlıq görüşündə forma geyinmiş futbolçulara istirahət verib. Əvəzləmədən görüşə çıxan və forma geyinməyənlər isə hazırlıqda iştirak edib. Axşam çalışmasıda qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra "kvadrat" və kiçik qapılarda ikitərəfli oyunla məşqi tamamlayıblar.  

Komandanın məşqlərini klub prezidenti Anar Bəkirovda yaxından izləyib. Kartepeyə gələn Bəkirov "Dila" ilə keçirilən yoldaşlıq görüşünədə tamaşa edib.

"Simurq" təlim-məşq toplanışı ilə yanaşı transfer çalışmalarınıda davam etdirir. Növbəti mövsümə iddialı heyət qurmağı planlaşdıran Zaqatala təmsilçisinin hazırda düşərgəsində baxışda olan dörd futbolçu var. Qarşıdakı günlərdə daha bir neçə futbolçuda Kartepeyə təşrif buyuracaq.


İyulun 8-də ölkəyə qayıtmağı planlaşıdıran komanda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindəki son yoxlama görüşünü ayın 7-də keçirəcək. "Sarı-qaralar"ın rəqibi Liviyanın "Əl-Nəsr" klubu olacaq. 1954-cü ildə yaradılan Benqazi şəhərinin təmsilçisi ölkənin ən köklü komandalarından biridir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail