Toşak: "Bütün məsuliyyət mənim üzərimdədir"

04.07.2013 | 4017 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak “Slima” - “Xəzər Lənkəran” oyunu barədə klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, uelsli mütəxəssis deyib: “Matçdan sonra mətbuat konfransının keçirilməməsi səbəbindən fikirilərimi çatdıra bilməmişdim. Qeyd edim ki, ilk oyunun vaxtının iki gün qabağa salınması, bizim hazırlıq planlarımızın pozulması, keyfiyyətsiz süni örtükdə oyunun keçirilməsi bizim oyunumuza çox təsir etdi. Biz bir yoxlama oyunundan imtina etdik və gecə yarısı Maltaya yola düşməli olduq. Bütün bunlar istənilən halda komandaya təsir edir. Əks düşərgədə isə vəziyyət fərqlidir. Onlar rahat şəkildə hazırlaşıb, motivasiya olunub bizi gözləyirdilər. Bu yerdə qeyd edim ki, mənim də səhvlərim olub və bunu etiraf etməklə yanaşı vurğulamaq istərdim ki, bütün məsuliyyət mənim üzərimdədir. Komandamın oyunundan razı qalmasam belə futbolçuları qınamaq istəməzdim. Ümid edirəm bir daha belə səhvlər olmaz. Hazırda zədəli futbolçularımız var və onların komanda ilə birgə məşq edə bilməməsi bizə əlavə problem yaradır. Bununla belə inanıram ki, doğma meydanda, normal qazonda və güclü azarkeş dəstəyi ilə biz istədiyimizə nail olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail