Eddi İsrafilov AFFA-dan 500 min avro tələb etdi

04.07.2013 | 5535 dəfə oxunub

İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət olunmuşdu. Stadium.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmiş və bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi.

AFFA Eddi İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirib. Onlar İsrafilovun İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. Milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA Eddi İsrafilovun təklifini qəbul etməyib və bildirib ki, millinin şərəfini qorumaq hər bir idmançı üçün müqəddəs borc hesab olunmalıdır.

AFFA Eddi İsrafilova İspaniya milli komandasına dəvət olunmaq məsələsində və gələcək futbolçu karyerasında uğurlar arzulayır.


 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail