Abışov Rusiya himnini oxumayacaq

01.07.2013 | 3573 dəfə oxunub

Növbəti mövsümdən futbol üzrə Rusiya çempionatının oyunları öncəsi ölkə himni səsləndirilməyəcək. Stadium.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı (RFS) qərar qəbul edib.

Rusiya himni yalnız mövsümün açılış matçlarında, habelə, ölkə yığmasının iştirakı ilə keçiriləcək görüşlərdə səsləndiriləcək. Himnin ifası zamanı azarkeşlər və futbolçuların davranışı bir neçə dəfə qalmaqalla müşayiət olunub. Xüsusən, Şimali Qafqazdakı matçlarda yerli fanatlar Rusiya himnini fitə basıblar. Hətta hazırda “Neftçi”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Şükürov da etirazçılar arasında olub. Şükürov “Anji”də çıxış etdiyi vaxt Mahaçqalada “Sibir”lə 2010-cu il avqustun 30-dakı görüşdən öncə himn səsləndirilərkən, üzünü Rusiya bayrağına tərəf çevirməyib.

Bu ilin martında “Krılya Sovetov”un dağıstanlı futbolçusu, vaxtilə Azərbaycanın 17 yaşadək yığmasında da çıxış etmiş Şamil Lahiyalov da himn vaxtı Rusiya bayrağına tərəf çevrilməyib və saqqalını tumarlamaqla məşğul olub. Hər iki futbolçu Rusiyaya qarşı hörmətsizlikdə ittiham edilib. Hazırda Rusiya çempionatında azərbaycanlı futbolçulardan Ruslan Abışov çıxış edir. Abışov Tatarıstanı təmsil edən “Rubin”in şərəfini qoruyur. 

Qeyd edək ki, Rusiya himni 2010-cu ilin iyulundan Rusiya Premyer Liqası, I və II divizion, gənclərin çempionat və Rusiya Kubokundakı oyunlar öncəsi səsləndirilirdi. Bu təşəbbüsü RFS-in ovaxtkı prezidenti Sergey Fursenko irəli sürmüşdü.a



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail