"Rəvan" hazırlıqlarını davam etdirir

30.06.2013 | 4393 dəfə oxunub

"Rəvan” yeni "futbol ili”nə hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, komanda sabah AZAL ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacağından bu gün məşq yüngül xarakterli oldu. Buna həm də komandanın dünən fiziki cəhətdən tam yüklənməsi də təsir etdi. Axı axşam məşqində komanda trenajor-zalda hazırlaşmışdı. Dünənki səhər çalışmasında isə ikitərəfli oyuna da vaxt ayrılmışdı. Bir sözlə, baş məşqçi Ramil Əliyev ilk hazırlıq matçı ərəfəsində yetirmələrini çox yormaq istəmədi.

Yeri gəlmişkən, şərti olaraq, "qırmızılar” və "yaşıllar”ın mübarizə apardığı ikitərəfli oyunda birincilərin 1:0 hesabı ilə qalib gəldiyini və yeganə qolu debütant Ceyhun Cavadovun başla vurduğunu bildirək. Başqa sözlə, Ceyhun artıq komandada qol hesabını açıb.

Bugünkü məşqə gəlincə, təxminən saatyarım davam edən hazırlıq toplu çalışmalar üzərində idi. Baş məşqçi yeni transferlərə və düşərgəyə baxışa gələn təzə futbolçulara komandanın oyun fəlsəfəsini aşılayırdı. "Kvadratlar”, təktoxunuşlu ötürmələr, qapıya zərbələr və s. kimi komponentlərin yer aldığı hazırlıqda futbolçuların yüksək ab-havada olduğu sezilirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail