"Qalatasaray" Umut Bulutu itirdi

28.06.2013 | 4547 dəfə oxunub

Ötən mövsüm "Qalatasaray"ın formasını geyən Umut Bulut İstanbul təmsilçisini tərk edib. Stadium.az xəbər verir ki, Bulut müqavilə ilə məxsus olduğu Fransanın "Tuluza" klubunun düşərgəsinə üz tutub. "Qalatasaray" Bulutu heyətində saxlamaq istəyir. "Cim-Bom" təcrübəli futbolçunun transfer hüququna birdəfəlik yiyələnmək fikrindədir. Lakin Fransa klubu ilə ortaq məxrəcə gəlmək hələ ki mümkün olmur. Belə ki, "Qalatasaray" Umut üçün qarşı tərəfə 1 milyon 250 min avroluq təklif irəli sürsə də, rədd cavabı alıb. "Tuluza" türk futbolçunu 2 milyondan aşağı qiymətə satmayacağını bəyan edib.

Qeyd edək ki, Umut Bulutun "Tuluza" ilə sözləşməsi 1 ildən sonra bitəcək. Hazırda Fransa klubunun məşqlərində iştirak edən Umut tezliklə problemin həllini gözlədiyini və yenidən "Qalatasaray"ın formasını geymək istədiyini açıqlayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail