"Rəvan"dan beşinci rəsmi transfer

27.06.2013 | 4627 dəfə oxunub

Yeni mövsümə hazırlığını davam etdirən "Rəvan” heyətini gücləndirməkdə davam edir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün yay "transfer pəncərəsi”ndə 5-ci keçidini rəsmiləşdirib. "Rəvan" buna qədər Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətə qatmışdısa, növbəti transfer Novruz Məmmədov olub. Martda 23 yaşı tamam olan müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Yaxın keçmişdə 4 il "Muğan”ın şərəfini qorumuş Novruzun son klubunun "Bakı” olduğunu qeyd edək. Azərbaycan U-21 yığmasında 12 oyun keçirən Məmmədov 2011/12 mövsümündə paytaxtın eyniadlı komandasında demək olar, mütəmadi oynasa da, son "futbol ili”ndə bu baxımdan problem yaşayıb. Daha çox oyun praktiktikası əldə etmək fikrində olan müdafiəçi üçün belə məqamda "Rəvan"dan təklif alması lap yerinə düşüb.

Bunu o, klubun rəsmi saytına danışarkən də qeyd edib: "Daha çox oynamaq, özümü sübut etmək istəyirdim. Amma son mövsümdə "Bakı”da bu baxımdan işlər istədiyim kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda düşünmədən razılaşdım. Burada həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq. Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri etimada görə onlara olan borcumu meydanda qaytaracam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail