"Xəzər Lənkəran" yalnız "İnqolştad"la qarşılaşacaq

25.06.2013 | 4306 dəfə oxunub

Bu gün Almaniya toplanışında “Xəzər Lənkəran” səhər və axşam məşqlərinə çıxmaqla hazırlığın 5-ci gününü tamamladı. Stadium.az xəbər verir ki, Con Toşakın rəhbərliyi altında futbolçular hər iki məşqdə əsasən toplu çalışmaları yerinə yetirdilər. Komanda UEFA-nın məlum qərarına əsasən daha erkən Almaniyanı tərk edəcəyindən yoxlama oyunlarında dəyişiklik baş verib. Belə ki, nəzərdə tutulan iki yoxlama oyunundan yalnız biri baş tutacaq. “Xəzər Lənkəran” məskunlaşdığı “Marc Aurel” otelinin futbol meydançasında “İnqolştad” komandası ilə üz-üzə gələcək. Matç keçirilən günün axşamı, iyun ayının 30-na keçən gecə komanda Maltaya yola düşəcək. Sabah isə məşqçilər korpusu gün ərzində bir məşq nəzərdə tutublar. Günorta saatlarında komanda məskunlaşdığı Bad Gogginq qəsəbəsində gəzintiyə çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail