Toşak: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim"

21.06.2013 | 5102 dəfə oxunub

Yay təlim məşq toplanışını Almaniyada keçirən “Xəzər Lənkəran”, bu gün hazırlığın ikinci günündə məşqlərini davam etdirdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən axşam yağan güclü yağış tezliklə dayanmaqla yanaşı havanın sərinləşməsinə də səbəb olmuşdu. Səhər məşqi fiziki təmrinlərlə başladı və bir saat ərzində qapıçılar istisna olmaqla futbolçular meydan boyu ayrılmış xüsusi nişanlara qədər müxtəlif qaçışları yerinə yetirdilər. Qapıçılar isə məşqçi Hafiz Əliyevin rəhbərliyi altında çalışırdılar ki, onlarda hələ ki, topla yox, əsasən fiziki gücə hesablanan çalışmaları yerinə yetirirdilər. Məşqin son yarım saatı isə daha maraqlı alındı. Belə ki, qısaldılmış meydanda futbolçuları iki qrupa bölən Con Toşak azərbaycanlı futbolçularla legionerləri ayrı-ayrı komandalara ayırdı. Bu zaman təkcə Adrian Pit və yeni transfer Nildo yerli futbolçuların komandasında yer aldı. Baş məşqçi qapıçıların olmadığı qapılara iki toxunuşdan istifadə etməklə yalnız vurulacaq qolların baş zərbəsi ilə hesablanacağını tapşırdı. Yarım saat ərzində daha yaxşı təsir bağışlayan yerli futbolçular ilk olaraq Kazım Kazımlı ilə hesabı açdı. Saçını qapıçı Toni Doblasa tamamilə kəsdirən Kazımın fərqlənməsini görən Con Toşakın “bundan sonra bütün hücumçular Toninin yanına gedib saçını azaltsın” zarafatı oyuna əlavə rəng qatdı. Nildonun ikinci qolunun daha baxımlı alınması da baş məşqçinin maraqlı etirafına səbəb oldu: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim. Nildo bizə çox kömək edəcək”. Nəhayət, Kazım Kazımlının daha bir qolu ilə səhər məşqi yekunlaşdı. Komanda bu axşam daha bir məşqə çıxaraq hazırlığın ikinci gününü yekunlaşdıracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail