Əmrah Çəlikəl: "Qarabağ" rəhbərliyi yekun nəticədən razıdı" Müsahibə

19.06.2013 | 4722 dəfə oxunub

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl "İmarət" fan-klubunun "Facebook"səhifəsinə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Ötən mövsüm barədə fikirləriniz. "Qarabağ"ın futbolçuları və texniki heyəti rəhbərliyi razı sala bildimi?

- Maraqlı çempionat keçdi. Əlbəttə, biz bu il çempionluğu çox istəyirdik, ancaq olmadı. Buna baxmayaraq, bu, bizi ruhdan salmamalıdı. İndi əsas hədəfimiz Avropada uğurla çıxış etməkdi. Onsuz da futbolçularımızdan ötən il texniki heyəti razı salmayan performansı göstərənlər və özünü ayrı komandada görmək istəyənlər artıq komandada deyil. Ümumulikdə isə "Qarabağ" rəhbərliyi yekun nəticədən razıdı.

- Sizcə, çempion olmaq üçün komandada nə çatmadı?

- Çatışmayan nə isə yoxdu, Allaha şükür. Texniki heyət və futbolçular rəhbərliklə bir yerdə hədəf üçün əlindən gələni etdilər. İnşallah, ölkə çempionatında birinci olmayan "Qarabağ" adının Avropada uğurlarla yadda qalması və “Qarabağ Azərbaycandır” həqiqətlərinin duyurulması bizi daha çox sevindirəcək.

- Əvvəlki mövsümlərlə müqayisədə ötən il rəhbərlik komandanın qarşısına çempionluğu hədəf qoymuşdu. Bu il hədəflər hansılardı?

-Yenə bizim hədəfimiz birincilikdi. Bunun üçün də indidən komandanı hər cür hazırlayırıq. Bununla belə, gələcəyi nəzərə alaraq aşağı yaş qruplarına da böyük yatırımlar edirik. Çünki öz futbolçumuzu özümüz yetişdirmək istəyirik. İnşallah, bu planlarımız gələcəkdə öz bəhrəsini verəcək.

- Ötən il futbol ictimaiyyəti transferlər tam olmadığı üçün çempion ola bilmədiyimizi deyirdi. İstər gedən oyunçular, istərsə də ard-ardına edilən transferlər "Qarabağ"ın bu il dəyişikliyi vacib bildiyini göstərdi. Bu fikirlər mövsüm boyu var idimi, yoxsa mövsüm bitdikdən sonra yarandı?

- Biz baş məşqçimizlə mütəmadi olaraq futbolçularla bağlı müzakirələr aparırıq. Ancaq birinci növbədə nəticəyə cavabdeh baş məşqçimizdi. Bütün dəyişikliklər və bu yöndəki planlar baş məşqçinin qərarı əsasında baş tutur. Hansı futbolçunun göndərilməsi və alınması ilə bağlı məşqçinin işinə qarışmırıq. O da yəqin mövsum boyu gəldiyi nəticələrə görə qərar verib.

- Son vaxtlar bir daha “Qarabağ" Ağdama getsin” səsləri eşidilir. Bu barədə dəfələrlə fikirlərinizi eşitmişik. Özünüzün də "Qarabağ"ın Ağdama getdiyi vaxtlarda böyük əmək sərf etdiyinizi, hələ də otağınızda “İmarət” torpağı saxladığınızı görmüşük. Bəs sizcə, "rəhbərlik Ağdamı istəmir" fikrinin əsası nədi?

- Bizim Ağdama getməmək kimi bir fikrimiz yoxdu. Həmişə demişik ki, yerli camaat və rayon rəhbərliyi ilə səmimi münasibətlərimiz var. Komandamızın adının mənəvi çəkisi ən çox bizə məlumdu. Buna görə də, heç kimin yaxın durmaq istəmədiyi vaxtlarda "Azərsun Holdinq" rəhbərliyi "Qarabağ"a sponsor oldu və hətta adı “Qarabağ Azersun” olan klubun adını “Qarabağ” olaraq dəyişdirdi. Bizim üçün ən vacib hədəf "Qarabağ" adının layiq olduğu kimi yaşadılması və təmsil olunmasıdı. Eləcə də bütün dünyaya duyurulmasıdı. Bu məsələ həmişə çox müzakirə olunub və klub rəhbərliyinin Ağdama getmək istəmədiyi fikrinin olduğu deyilib. Ancaq bəzi insanlar bizim içimizdə olmadığından və imkanları görmədiyindən bizi qınayır. Biz isə ən azı onlar qədər doğma torpaqda - Ağdamda oynamaq istəyirik. Sadəcə olaraq, mövcud imkan və şərait buna imkan vermir. İnşallah, biz ev oyunlarımızı "İmarət"də keçirərik. Bu gün "Qarabağ" təkcə Ağdamın yox, bütün Qarabağ bölgəsinin dərdini, acısını öz adında birləşdirir. Biz çox istəyirik ki, o yerlərə qayıdaq və komandanı doğma şəhərində təmsil edək.

- Son statistikalara görə Qarabağ azarkeşləri ev oyunlarında say baxımından axırıncı yerləri tutur. Qarşıdan Avroliqa oyunları gəlir. Klub rəhbərliyi adından azarkeşlərə nə deyə bilərsiniz?

- Mənə görə azarkeşlərimizin ev oyunlarında az olmağı əsas azarkeş kütləmizin məcburi köçkün olması ilə bağlıdı. Belə ki, onlar həm ölkənin müxtəlif şəhərlərində məskunlaşıb, həm də onların maddi durumları və həyat tərzi oyunlara gəlməyə imkan vermir. Biz öz növbəmizdə çempionat oyunlarında azarkeşlərin rayonlardan gəlməsini təşkil edirik, ancaq bununla da tribunalar dolmur. Burada əsas yük qarabağlı gənclərin üzərinə düşür ki, onlar təbliğatla həmyaşıdları ilə birləşsinlər. Bizim fan-klubumuz bu sahədə işlər görməyə davam edir. Avroliqada bütün azarkeşlərimizi stadiona çağırıram. Bizim əməyimiz onların dəstəyi ilə birləşdikdə uğur qaçılmaz olacaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail