"Simurq" məşqlərə başladı

19.06.2013 | 4164 dəfə oxunub

"Simurq" 2013/14-cü il mövsümünün hazırlıqlarına start verib. Stadium.az xəbər verir ki, Bakı şəhərərində bir araya gələn komanda təlim-məşq toplanışının birinci mərhələsini Mərdəkanda davam etdirir. "Karvan Palace" otelində məskunlaşan "sarı-qaralar" tibbi müayinədən keçdikdən sonra gündə iki dəfə olmaqla məşqlərə çıxır. Səhər hazırlığı əsasən fiziki gücün artırılması üçün tapşırıqlardan ibarət olur. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında Xəzər dənizinin sahilində məşq edir.

Axşam hazırlığı isə "Dalğa Arena"nın köməkçi stadionunda keçirilir. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra baş məşqçi Georgi Çixradzenin tapşırıqları əsasında taktiki və texniki məşqlər edilir. Sonda isə ikitərfli oyunla hazırlıqlar tamamlanır.

Qeyd edək ki, "Simurq"un Bakı toplanışı ayın 21-nə qədər davam edəcək. Komanda iki günlük istirahətdən sonra iyunun 23-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail