"Çempionluğu əldən verməyimizin əsas səbəblərindən biri də bu oldu" Müsahibə
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Nadirovun klubun rəsmi saytına müsahibəsi.
- "Qarabağ" bu mövsüm çempionluğa çox
yaxın oldu. Ancaq son anda nəsə çatmadı. Səncə, çatışmayan nə idi?
- Hamı
görürdü ki, bizim çempionluq istəyimiz böyük idi. Hər futbolçu bir qədər də
artırsaydı, çempion olardıq, ancaq alınmadı. Mən bu haqda danışmaq istəməsəm də,
Premyer Liqada hakimlərin idarəçiliyi də qənaətbəxş deyildi. Hər halda ikinci
yeri tutduq və Avropa Liqasına vəsiqə qazandıq.
- Qış fasiləsinə qədər məhsuldar oyun nümayiş
etdirmədin. Lakin çempionatın final mərhələsində bir-birindən vacib qollara
imza atdın. Fərqli iki dövrə keçirdin. Buna necə izah verərdin?
- Vacib
oyunlar ərəfəsində baş məşqçimiz Qurban Qurbanov bizə dedi ki, hər biriniz 5
faiz artırsa, çempionluq bizim olacaq. Onun dedikləri haqqında çox düşünürdüm və
məşqlərdə də var gücümü ortaya qoyurdum. Anlayırdım ki, çempionluq çox
yaxındadır. Bunun nəticəsi kimi həmin dönəmi əla keçirdim. Təəssüf ki, heç də
hamı eyni şeyi bacarmadı. Çempionluğu əldən verməyimizin əsas səbəblərindən
biri də bu oldu.
- Vurduğun qollar həm də çox baxımlı alındı.
Vurduğun hansı qol sənin daha çox ürəyincə oldu?
- Səmimi
desəm, kubok matçında "Neftçi"yə vurduğum qol mənə daha çox xoş oldu.
- Mətbuatda xəbərlər yayıldı ki, başqa klublardan təklif
almısan. Ancaq sən "Qarabağ"da qalmağı üstün tutdun. Bu qərarı verərkən
nə düşündün?
- Mənim
atam Qarabağ uğrunda döyüşlərdə şəhid olub, mən ağdamlıyam. Bu komandanın adı,
azarkeşləri mənim üçün çox vacibdir. Ölkənin digər iddialı klublarından çox
ciddi təkliflər var idi. Ancaq mən pula üstünlük vermədim.
- Avropa Liqasında keçirdiyi uğurlu oyunlar sayəsində
"Qarabağ" ölkədə xeyli məşhurluq qazanıb. Və bir illik fasilədən
sonra klub yenə Avropa səhnəsinə qayıdır. Bu dəfə qrup mərhələsinə vəsiqə
qazanmaq arzusu gerçəkləşə bilərmi?
- Əlbəttə,
zamanıdır. Bunun üçün gərək hazırlıq dönəmini səmərəli keçirək. Mən inanıram
ki, qrup mərhələsi uzaqda deyil.
- Cəzalı olduğun üçün millimizin Lüksemburqa qarşı
oyununu buraxmalı oldun. Azarkeşlər qələbə göləyirdilər. Lakin yenə heç-heçəyə
məyus oldular. Millimiz niyə zəif oynadı?
- Azarkeşlərimizin
məyusluğunu yaxşı anlayıram. İlk qoldan sonra hesab arasındakı fərqi daha da
artıra bilsəydik, böyükhesablı qələbə qazana bilərdik. Ancaq fürsətləri boşa
verdik və rəqib bunu bizə bağışlamadı.
- Bu sualım
dünya futbolu ilə bağlıdır. Son illər ispanlar hegemonluq edirlər. Ancaq
axırıncı Çempion Liqasında almanlar bu tendensiyaya son qoydu. Necə düşünürsən,
ispanların dönəmi sona çatdı?
- Yox, mən
elə düşünmürəm. Ola bilər ki, həm `Real`, həm də `Barselona` aşırı arxayınçılıq
var idi. Çox yaxşı təsir bağışlayan almanlar isə bu arxayınçılığın cəzasını kəsməkdə
çətinlik çəkmədilər.
- Yeni mövsümün hazılığı necə gedir?
- Hələ
tam gücümüzlə hazılaşa bilmirik. Legionerlər və milli futbolçularımız fərqli
vaxtlarda düşərgəyə qoşuldular. Bir necə gəncimiz də bizimlədir. Getdikcə sürəti artırırıq. Yeni gələn
futbolçular olacaq. Çalışacağıq Avroliqanın ilk oyununa qədər hazır olaq.
- Avroliqada rəqiblər artıq "Qarabağ"a zəif
baxmayacaq...
- Hə,
Avrokuboklar üçün darıxmışıq. Azarkeşlərimizin bizdən uğur gözləməsi də tam
normaldır. Bu bizim məsuliyyətimizi artırır. Uğur qazandıqca insanlar daha çox
şey gözləyir. İnşallah, `Qarabağ` adını ən yaxşı şəkildə təmsil etməyə
çalışacağıq.
- Azarkeşlərə sözün.
- Onlar hər zaman bizim yanımızda olub. Daima onların mənəvi dəstəyini hiss etmişik. İnanıram ki, birlikdə çox şeyə nail olacağıq. "Qarabağ" daim zirvə üçün döyüşüb, heç vaxt da hədəflərini dəyişməyəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |