"Xəzər Lənkəran"ın veteranları və azarkeşləri ölkə başçısına müraciət ünvanladılar

14.06.2013 | 4757 dəfə oxunub

“Xəzər Lənkəran” veteranları klubu, “Bosman” və “Caspian Ultras” fanklublarının, eləcə də “12-ci oyunçu” azarkeş qrupunu ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Stadium.az xəbər verir ki, müraciətdə ölkə kubokunun finalında “Neftçi” ilə oyundan sonra baş verənlər göstərilib:

“Son illər Azərbaycan futbolunda baş verən neqativ hallar 28 may 2013-cü il tarixində keçirilən kubokun final oyununda özünün kulminasiya nöqtəsinə çatmışdı ki, bu da ölkənin futbol ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Final matçı bitdikdən sonra baş verən biabırçı hadisələr Azərbaycan futbolundakı özbaşınalığın məntiqi nəticəsi idi. Belə ki, finala qədər keçirilən istər çempionat, istərsə də kubok oyunlarında hakimlərin tapşırıqlara riayət etməsi ucbatından birtərəfli idarəçiliyi, həmçinin dəfələrlə futbolçuların meydanlarda döyülməsinə göz yumulması finalda baş verənlərin yaşanmasına zəmin yaradırdı. Bu vaxta qədər hakimlərin bir komandaya canla-başla qulluq etmələrinə müxtəlif formalarda don geydirilir, bir klubun əməkdaşlarının bütün qeyri-insani və zorakı hərəkətləri ört-basdır edilirdi”.

Müraciət müəllifləri olayların səbəbkarı olan günahkarların cəzalandırılmasını istəyirlər: “Final qarşılaşmasında təhlükəsizliyin təmin olunmaması isə bunacan ört-basdır edilən hərəkətlərin qabarıq şəkildə görünməsinə gətirib çıxartdı. 28 may tarixində baş verən hadisələrin videogörüntüləri internet saytları və sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya yayıldı. Həmin görüntülərdəki biabırçı mənzərə isə əlbəttə ölkəmizin beynəlxalq nüfuzuna zərbə kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən də “Xəzər Lənkəran” klubunun veteranları və fanklubları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq, Azərbaycan futbolunda baş verən özbaşınalıqların yaranmasında günahkar olan şəxslərin vəzifələrindən kənarlaşdırılmasını və cəzalanmasını xahiş edir. Veteran futbolçularımız və azarkeşlərimiz inanır ki, dövlət başçısının müdaxiləsi nəticəsində ölkə futbolunda cəzasız qalan özbaşınalığa son qoyulacaq”.

Qeyd edək ki, müraciət bu gün ölkə başçısına göndərilib.

12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail