“Neftçi” İtaliyadan futbolçu gətirir

13.06.2013 | 7576 dəfə oxunub

Azərbaycan Premyer Liqasında ilk dəfə italiyalı futbolçu çıxış edə bilər. Stadium.az xəbər verir ki, “Neftçi” İtaliya “Palermo”su ilə Nikolas Violanın transferinə dair prinsipial razılığa gəlib. Keçidin rəsmiləşməsi üçün Violanın satış hüququnun yarısına malik “Recina”nın da razılığı lazımdır. Xəbəri “Palermonews.it”ə açıqlamasında 24 yaşlı pleymekerin vəkili Paolo Dattola da təsdiqləyib.

O bildirib ki, “Neftçi”nin təklifi realdır və hələ yanvarda irəli sürülüb: “Həmin vaxt bu məsələnin həlli mümkün deyildi. Çünki yanvarda “Palermo”da radikal dəyişikliklər etməyə gərək yox idi. Amma indi hər şey başqa cürdür. Viola tezliklə bu varianta dair qərarını verməlidir. Əlbəttə, təklif cəlbedicidir. “Neftçi” Çempionlar Liqasına vəsiqə qazanıb. Təsnifat mərhələsindən keçə bilməsə, Avropa Liqasının qrup mərhələsində oynaya bilər”.

Dattolanın sözlərinə görə, Violanın birdəfəlik satışı yox, 1 illik icarəyə verilməsi mümkündür. Lakin “Palermo” və “Recina” müştərək mülkiyyətinə münasibətdə niyyətlərini açıqlamayıb: “Onlar nə etməli olduqlarına qərar verməli, sonra alternativ variantları nəzərdən keçirməlidirlər”.

Qeyd edək ki, Nikolas Viola peşəkar futbolçu karyerasına 2008-ci ildə “Reccina”da başlayıb. O, 4 mövsüm ərzində 70 oyuna 13 qol vurub. 2012-ci ildə “Palermo”ya keçən Viola ötən müddətdə 6 oyuna çıxıb. Yarımmüdafiəçi İtaliyanın 17, 18 və 19 yaşadək yığmalarına da çağırılıb. Onun kiçik qardaşı Alessio Viola da futbolçudur. 23 yaşlı hücumçu müqavilə ilə “Recina”ya məxsusdur. “Palermo” 2012-2013-cü il mövsümündə İtaliya A seriyasında 18-ci yeri tutaraq, B seriyasına enib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail