AZAL-dan gedən futbolçu "Jalgiris"də çıxış edə bilər

13.06.2013 | 3592 dəfə oxunub

AZAL-ın yollarını ayırdığı Andryus Veliçka karyerasını ölkəsi Litvada davam etdirə bilər. Stadium.az xəbər verir ki, 34 yaşlı hücumçunun xidmətində son Litva kubokunun sahibi “Jalgiris” maraqlıdır. Vilnüs klubunun idman direktoru Mindauqas Nikoliçyusun sportas.info saytına verdiyi açıqlamasında onun komandaya götürülməsinin polşalı baş məşqçi Marek Zubun qərarından asılı olduğunu bildirib.

Qeyd edək ki, ölkəsində “Kaunas” və “Ekranas”ın şərəfini qoruyan Veliçka Rusiyada “Anji”, Qazaxıstanda “İrtış”, Şotlandiyada “Harts”, “Reyncers”, “Aberdin”, Norveçdə “Vikinq” və İngiltərədə “Bristol Siti” klublarında oynayıb. Ötən ilə kimi Litva yığmasına da çağırılan Andryus AZAL-da 16 oyun keçirsə də, qol hesabını aça bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail