Kanales "Neftçi"dən böyük məbləğ tələb edir

13.06.2013 | 5646 dəfə oxunub

“Neftçi” ilə "1+2" illik müqaviləsi olan Nikolas Kanales yeni anlaşma üçün klubdan astronomik məbləğ tələb edir. Stadium.az xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. O qeyd edib ki, Kanales və onun menecerləri ilə rəsmən danışıqlar aparıblar: "Kanaleslə “Neftçi” ilə 1+2 şərti ilə müqaviləsi var. Bu üç illik müqavilə maliyyə baxımından da razılaşdırılmışdı. Kanales də son mövsüm Avroliqa və kubok oyunlarını da nəzərə alsaq, 30 qol vurub. Azərbaycan futbolunda bu durumu görən Kanales və menecerləri astronomik bir məbləğ istəyirlər. Əlbətdə ki, biz Kanalesin istədiyi məbləği verməyəcəyik. Süni şəkildə qiymətləri qaldıranlar bilsinlər ki, bu, heç də Azərbaycan futbolunun inkişafına xidmət etmir. Kanales kimi futbolçular digər oyunçuların qiymətini görəndə təbiidir ki, belə yüksək məbləğ istəyəcək. “Neftçi” xalqın komandasıdır. Dövlətin pullarını hara gəldi xərcləmək olmaz. Hər bir futbolçunun real qiymətini bilirik. Təbii ki, bu şəkildə olan məsələlərə “Neftçi” heç vaxt qol qoymaz. Öz şərtlərimizi irəli sürmüşük. Sona qədər də Kanales məsələsində fikrimizi dəyişməyəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail