"Starkov "Bakı"nı, çempionatı ciddiyə almadı, ancaq öz maraqlarını güdürdü" Müsahibə

12.06.2013 | 6028 dəfə oxunub

"Bakı"nın sabiq hücumçusu Vyaçeslav Sofroni Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- İndi hansı klubda çıxış edirsən?

- Hazırda klubsuzam. Bir müddət əvvəl dizimdən əməliyyat keçirdim. Artıq tam bərpa olmuşam. Fərdi şəkildə məşq edib, formamı bərpa edirəm.

- "Bakı"nı tərk edəndən sonra hansı komandada çıxış etdin?

- Azərbaycandan ayrıldıqdan sonra ABŞ-a üz tutdum. Ordan sonra vətənə döndüm. Zədəni də elə sonuncu klubumun heyətində aldım.

- ABŞ-da hansı komandanın heyətində çıxış edirdin?

- "LV Stallions"

- Həmin klub səhv etmirəmsə, ikinci liqada mübarizə aparır...

- Hə, elədir, ikinci liqa çıxış edirdi.

- Oradakı çıxışın necə alındı?

- ABŞ-da şərait əladı. Futbol oynamaq üçün hər cür şərait var. Həyat da yaxşıdır. Lakin maliyyə şərtləri çox aşağıdır. Elə bu səbəbdən də oradan ayrıldım. Amma klub rəhbərliyi komandada qalmağımı istəyirdi.

- Demək istəyirsən ki, Azərbaycanda olan pul orada yoxdu?

- Hə, elədir. Azərbaycan klublarının maliyyə durumu  oradakından qat-qat yaxşıdır.

- Okeanın o tayında nə qədər oynadın?

- Yarım il. Çempionatın səviyyəsi normal idi. Amma dediyim kimi, şərtlər yaxşı olmadığına görə Moldovaya döndüm. Həm də orada fasilə çox uzunmüddətli olur. Futbolçular 4 ay bekar qalırlar.

- Vətəndə hansı klubda çıxış etdin?

- "Speranta"da oynadım. Yüksək liqa komandasıdır. Orada işlərim yaxşı gedirdi. Amma sonradan zədələndim və bu hər şeyi korladı.

- Gələcək planların nədir?

- Planım odur ki, artıq özümü əla hiss edirəm. Oynamağa tam hazıram.

- Hansısa klubdan təklif var?

- Təklif aldığım klublar var. Amma ortada real heç nə yoxdur. Buna görə də indidən hansısa komandanın adını çəkib, bu klubdan təklif almışam desəm, düzgün çıxmaz.

- "Bakı"dakı günlərini necə xatırlayırsan?

- "Bakı" əla klubdur. Oradakı günlərimi çox yaxşı xatırlayıram. "Bakı"da hər şey ürəyimcə idi. Qismət olsaydı, yenidən ora dönüb, komanda ilə kuboklara sahib çıxmaq istərdim.

- "Bakı"dan nəyə görə ayrıldın?

- Mən "Bakı"dan getmədim. Starkov məni komandadan göndərdi. O öz futbolçularını komandaya gətirdi. Onlarla rəqabət aparmayım deyə, məni heyətdən uzaqlaşdırdı. Halbuki bir müddət əvvəl AZAL-dan real təklif almışdım. Həmin vaxt Starkov məni buraxmadı. Sonra isə "Bakı"dan göndərdi. Belə hərəkət etmək düzgün deyildi.

- Bu barədə Starkovla söhbətin oldu?

- Danışdım onunla.

- Bəs, cavabı nə oldu?

- Dedi ki, mən yaxşı oyunçuyam. Amma o öz futbolçularını gətirib və onlar mütləq oynamalıdırlar.  

- Klub rəhbərliyi bu işə nə dedi?

- Rəhbərlik bütün səlahiyyəti ona vermişdi. Starkov da nə istəyirdi, onu edirdi. Rəhbərlik də mənimlə bağlı ona heç nə demədi. Amma klub rəhbərliyindən şikayətim yoxdur. Onların diqqətini, dəstəyini hər zaman hiss etmişəm.

- Necə düşünürsən, Starkov "Bakı"da niyə nəticə verə bilmədi?

- O klubu, çempionatı ciddiyə almadı. Buna görə də nəticə qazana bilmədi. Starkov ancaq öz maraqlarını güdürdü.  

- "Bakı"da 4 məşqçinin - Bülənt Qorxmaz, Cüneyt Biçər, Vinfred Şefer və Aleksandr Starkovun rəhbərliyi altında oynamısan. Onlardan ən yaxşısı hansı idi?

- Hər biri yaxşı məşqçidir. Onların hər birindən nəsə yaxşı bir şey öyrənmişəm. Lakin yaxşı məşqçi odur ki, kluba nəticə qazandırsın. Eləcə də yaxşı nizam-intizam yaratsın. Nəticəni isə komanda Bülənt Qorxmaz və Cüneyt Biçərin rəhbərliyi altında qazanırdı.

- Azərbaycan və Moldova futbollarını necə müqayisə edə bilərsən?

- İndiki məqamda müqayisə aparmaq çətindir. Çünki maliyyə durumları çox fərqlidir. Bu səbəbdən də Azərbaycan çempionatı Moldova birincliyindən daha yaxşı durumdadır. Klublar arasında rəqabət var, medallar uğrunda xeyli komanda mübarizə aparır.

- Təklif olsa, yenidən Azərbaycana dönərsən?

- Əlbəttə.

- Keçmiş komanda yoldaşlarından əlaqə saxladığın var?

- Nadir hallarda əlaqə saxlayırıq. Əziz Quliyev, Emin Cəfərquliyev və Nurlan Novruzla danışırıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail