Joze Maurinyo: “Terri yenə də “Çelsi”nin kapitanı olacaq”

11.06.2013 | 6919 dəfə oxunub

“Çelsi”nin köhnə-yeni baş məşqçisi Joze Maurinyo Con Terri haqda danışıb. Stadium.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Terrinin gələcəkdə də “Çelsi”nin kapitan sarğısını daşıyacağını bildirib: “Ötən dəfə mən “Çelsi”yə gələrkən Terri artıq komandanın kapitanı idi. Klub rəhbərliyinn seçimi əsassız deyildi. Çünki Terri bütün ömrünü burada keçirib. Terri həmçinin liderlik keyfiyyətinə malik bir futbolçudur. Bəziləri deyir ki, Terri “mənim kapitanımdır”, amma bu, düzgün yanaşma deyil. Bu təkcə mənim yox, klub rəhbərliyinin və azarkeşlərin də seçimidir. Terri hazırda komandanın kapitanıdır, bu məni qane edir və gələcəkdə də o kapitan olaraq qalacaq. Təbii ki, heyətə düşəcəyi halda. O meydana çıxmayanda başqa futbolçu sarğını daşıyacaq ki, həmin futbolçunun da kimliyini hələ müəyyənləşdirməmişəm”.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail