“Bu bizim 11 aylıq işimizin daha bir nəticəsidir” Müsahibə
"Simurq”la müqaviləsini yeniləyən əvəzedici heyətin və uşaq futbol məktəbinin rəhbəri Rövşən Babayev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Rövşən müəllim, yeni müqavilə münasibətilə sizi təbrik edirik. Bu haqda təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Çox
sağ olun. Müqaviləmin müddəti qurtardığından klub rəhbərliyi yeni təklif irəli
sürdü və məndə razılaşdım. Daha bir ildə “Simurq”da məşqçilik karyeramı davam
etdirəcəm. Klubun prezidenti işimizin nəticəsini gördü və bizə inanaraq növbəti
mövsümdə komandanı yenidən mənə tapşırdı. Bizdə öz növbəmizdə çalışacayıq ki,
daha yaxşı nəticələr qazanaq. “Simurq” üçün yeni futbolçular yetişdirib, əsas
komandanın ixtiyarına verək. Bir sözlə çalışacam ki, növbəti bir ildə də, mənə
olan inamı doğruldum.
- Komandaya ilk təyin olunduğunuz vaxt
düşünürdünüzmü bu cür nəticə qazanacaq heyət formalaşdıracaqsınız?
- Hər
bir məşqçi hara gedirsə işləməyə, özünə inamı olmalıdır. Yeni təyin olunan
zaman özümə güvənirdim. Ancaq kollektivi görmədiyimdən nəsə demək çətin idi.
Lakin buna qədər izləyirdim və bilirdim ki, “Simurq”un əvəzedici heyəti indiyədək
yüksək yerlər tutmasada, burdakı uşaqlardan nəticə qazanıla biləcək komanda
yaratmaq olar. Allahın köməkliyi ilə də, buna nail ola bildim.
- İlk günlər hansı çətinliklərlə qarşılaşmışdız?
- Təbii
ki, komandanı formalaşdıran zaman seçimlə bağlı oldu. “Simurq”da futbolçunun
gündəlik yaşaması, məşq etməsi üçün hər cür şərait var idi. Ancaq futbolçularda
“Simurq”a inam yox idi. Ona görə də ilk günlər heç kəs bizim komandada oynamaq
istəmirdi. Bu səbəbdən də, regionlara üz tutduq. Kəndlərdən, qəsəbələrdən bacarıqlı
uşaqları heyətə cəlb elədik. Bununda nəticəsi olaraq bu gün nəticə qazanan heyətdəki
24 futbolçudan 13-ü Zaqatalanın yetirməsidir.
- Mövsüm ərzində sizin üçün ən yadda qalan oyun
hansı oldu?
-
Qazanılan qələbə həmişə yadda qalır. Ancaq mənim üçün unudulmaz oyun ikinci
turda “Bakı” ilə səfərdə aldığımız 6:1 hesablı ağır məğlubiyyət oldu. Bu görüşdən
sonra özümüzə çətin gəldik. Komandada hər kəs cavab qarşılaşmasın gözləyirdi
ki, evdə “Bakı”nı məğlub edib, bunun əvəzin çıxaq. İstədiyimizədə nail olduq və
ev oyunlarının hər ikisində bu mövsüm çempion olan komandanı məğlub edə bildik.
- Komandamız ev oyunlarının heç birində məğlub
olmasa da, səfər görüşlərində vacib xallar itirdi. Bunu nə ilə əlaqələndirərdiz?
- Bunu
psixoloji durumla əlaqələndirərdim. Futbolçu hər bir oyuna ən yüksək səviyyədə
köklənməlidir. Ev oyunlarının 16-sının 15-də qalib gəldik. Ancaq səfər
oyunlarında bu göstəricini göstərə bilməməyimiz, məncə bəzi oyunlara
qarşılaşmanın keçiriləcəyi gündə səfərə çıxmağımız olurdu. İlk hissədə uşaqlar
oynasalarda, fasilədən sonra artıq 500 kilometrlik yol yorğunluğu hiss
olunurdu. “Bakı”yada məğlub olmağımıza əsas amillərdən biri bu oldu.
- “Simurq”a təyin olunan zaman rəhbərliyin
qarşınıza qoyduğu şərtlərin öhdəsindən gələ bildiyinizi düşünürsüz?
- Yaxşı
nəticə qazanmalı və əsas heyətə yeni futbolçular verməli idik. Birinci
tapşırığı yerinə yetirə bildik. “Simurq” bu mövsüm tarixində bir ilk edərək,
çempionatı gümüş medallarla tamamladı. Əsas heyətə isə artıq yeni futbolçular
vermişik. Komandanın yayda keçirdəcəyi təlim-məşq toplanışlarında əvəzedici heyətdən
dörd nəfər dəvət edilib. Bunlar Ruslan Getman, Arzuman Nəsibov, İlqar Hüseynov
və Cavad Kazımovdur. Bu bizim 11 aylıq işimizin daha bir nəticəsidir. Düşünürəm
ki, qarşımıza qoyulan bir çox hədəfə nail olmuşuq. Yeni müqavilədə də xüsusən
bu şərt əsas qoyulub ki, “Simurq”un əsas komandasına yeni futbolçular verməliyik.
Nəticə çoxda önəmli olmasa da, əvəzedici heyət yeni simalar ortaya
çıxarmalıdır. Ancaq bu o demək deyil ki, əvəzedicilər bu il daha yuxarı yerlər
uğrunda mübarizə aparmayacaq. İşimizi düzgün quraraq, növbəti mövsümdə
qarşımıza qoyulan hədəflərəə doğru irəliləyəcəyik.
- Əvəzedici heyətin yeni iş planı haqqında hansı məlumatları
verə bilərsiniz?
- Hazırda komanda istirahətə buraxılıb. Bu aydan etibarən seleksiya məşqlərinə start verəcəyik. Meydanın süni örtüyünün dəyişdirilməsi ilə əlaqədar toplanışlarımızın bir hissəsin Qaxda keçirməyi planlaşdırırıq. Bununla yanaşı bir neçə istedadlı futbolçunu heyətə cəlb etmək üçün danışıqlar aparırıq. Ancaq əsas üstünlüyü zaqatalalı və ətraf regionun uşaqlarına verəcəyik. İki həftəlik seleksiya məşqlərindən sonra yoldaşlıq görüşləri keçirməyi planlaşdırırıq. Daha sonra isə fiziki gücün artırılması ilə əlaqədar hazırlıqlara start verəcəyik. Çalışacayıq ki, avqustun əvvəlinə qədər çempionata tam hazır olaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |