"Feyenoord" Stenley Brardı Azərbaycana yola saldı

11.06.2013 | 4789 dəfə oxunub

"Feyenoord" Futbol Akademiyanın keçmiş, “Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brardı Azərbaycana, dəqiq desək, Qəbələyə yola salıb. Stadium.az xəbər verir ki, vida məqsədilə təşkil olunmuş xüsusi mərasimdə klubun baş meneceri Erik Qad bildirib ki, hollandiyalı mütəxəssis səkkiz mövsüm "Feyenoord"a xidmət etdikdən sonra karyerasını Qafqaz ölkəsində davam etdirəcək. Yolasalma mərasimi barədə "Feyenoord"un internet səhifəsində xəbər yerləşdirilib. Məlumatda Qad Brardın akademiyadakı işini yüksək qiymətləndirərək deyir: "Səkkiz il bundan əvvəl Stenli direktor vəzifəsinə yeni təyin olunanda akademiyanın gələcəyi barədə müəyyən şübhələr var idisə, hazırda diqqət yetirsəniz, aşağı yaş qruplarının hansı səviyyədə olduğunu görərsiniz. Bu gün "Feyenoord"da tam cədvəllə təhsil verilir və bu, Niderland futbolunda görünməmiş haldır. Onun futbolun inkişafına dair özünəməxsus baxışları var. O, məşqçilərdən ibarət mütəxəssis komandası yetişdirib.

Yekunda son illər onunla birgə çalışmış əməkdaşlar Brardla xatirə şəkilləri çəkdirib və mütəxəssisə gül dəstələri təqdim ediblər. “Qəbələ” Futbol Akademiyasının yeni direktoru səmimiyyətə görə təşəkkürünü bildirərək kollektivdən ayrılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail