UEFA-nın rəsmi saytı Caspian Cup turniri barədə yazdı

10.06.2013 | 4707 dəfə oxunub

Uefa.com saytında III Caspian Cup beynəlxalq turniri barədə yazı yerləşdirilib. Yazının tərcüməsini diqqətinizə çatdırırıq:

"Bakıda keçirilən U-17 Caspian Cup turnirində Türkiyə komandası 4:1 hesabı ilə Azərbaycan yığması üzərində qələbə qazanıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən artıq üçüncü ildir ki, təşkil olunan Caspian Cup U-17 turnirində Türkiyə yığması Azərbaycan komandası üzərində 4:1 hesabı ilə qalib gəlib.

Oyunun hesabına nəzər yetirməsək, final qarşılaşması bərabər səviyyədə keçib. Oyunun 22-ci dəqiqəsində Elnur Cəfərov Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 2011-ci ildə keçirilmiş bu  turnirin qalibi olan Türkiyə yığmasının fərqlənməsi üçün gözəl şans yaranıb və hesabı açan kapitan Enes Ünalın qolundan 3 dəqiqə sonra Can İncədərə fərqlənməklə komandasını hesabda 2:0 önə çıxarıb.

Türkiyə yığmasının baş məşqçisi Hakan Tecimer: "Bu, bizim gənc oyunçularımızın gələcək inkişafı baxımından çox gözəl turnir idi. Məşq meydançaları, otel - bir sözlə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu", - deyə fikirlərini ifadə edib.

Azərbaycan komandasının baş məşqçisi Nikolay Adam oyundan sonra bildirib: "Nəticəyə görə çox üzgünəm. Ancaq digər tərəfdən çempionatdakı ümumi çıxışımız məni sevindirdi. Çoxlu sayda güclü rəqiblərin olduğu bir turnirdə finala qədər yüksəlmək asan məsələ deyildi. Bu, həm də seçmə mərhələyə hazırlıq baxımından bizə faydalı oldu".

Caspian Cup turniri AFFA-nın öz təşkilatçılıq qabiliyyətini təkmilləşdirərək gələcəkdə də davamlı olaraq keçirilməsi planlaşdırılan turnir xarakterini almaqdadır və futbolçuların UEFA Avropa U-17 çempionatının seçmə mərhələsi öncəsi hazırlığı baxımından faydalıdır. Son yarışla müqayisədə iştirakçıların sayı 8-dən  12-yə qədər artırılıb. UEFA-nı və digər konfederasiyaları təmsil edən 12 yığma hər birində üç komanda olmaqla 4 qrupda mübarizə aparıb.

80 dəqiqə davam edən oyunlar Bakıdakı "Dalğa Arena" və Bayıl stadionunda keçirilib və yerli idman telekanalı, eləcə də affatv.az saytı tərəfindən canlı yayımlanıb.

Qrup oyunlarının təşkil olunduğu gərgin həftənin ardından, iyunun 4-də və 5-də keçirilən play-off mərhələsində finalçılar müəyyənləşib. Çərşənbə axşamı ABŞ komandası Özbəkistanı 5:2 hesabı ilə məğlub etməklə turnirin beçincisi olub. Uruqvay yığması Bolqarıstanı 3:2 hesabı ilə yenərək yeddinci yerdə qərarlaşıb. Tacikistan komandası 2:1 hesabıyla Qırğızıstana qalib gələrək doqquzuncu, Qazaxıstan isə İordaniya ilə 2:2 hesablı bərabərliyin ardından penaltilər seriyasında 6:7 uduzaraq 12-ci yerdə qərarlaşıb.

İlk dördlükdə olan komandaların oyunları çərşənbə günü keçirilib. Üçüncü yer uğrunda oyunda Yaponiya və Gürcüstan yığmaları 0:0 hesablı heç-heçə edib və penalti seriyasında 5:3 hesabı ilə Yaponiya komandası qələbə qazanıb. Bunun ardınca isə, Türkiyə komandası 2012-ci ildə həlledici oyunda Gürcüstana 0:1 hesabıyla uduzan Azərbaycan yığmasını məğlub edib.

Bu turnir ümumilikdə bütün iştirakçılar üçün dəyərli bir təcrübə qazandırıb. Bunu ABŞ yığmasının baş məşqçisi Cim Runinin fikirləri də sübut edir: "Biz oyun səviyyəsini yaxşılaşdırmaq istəyiridik və buna nail ola bildik. Azərbaycana budəfəki səfərimiz komandam üçün gözəl təcrübə oldu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail