Vidadi Rzayev: “Kimsə bu nəticəyə görə cavab verməlidi” SORĞU

SƏBUHİ MƏMMƏDLİ: “RÖVNƏQ MÜƏLLİMİN YERİNƏ OLSAM, O HİYLƏGƏR FOQTSU MƏHKƏMƏYƏ VERƏRƏM”

10.06.2013 | 5851 dəfə oxunub

Yığmamızın Lüksemburqla son oyundakı biabırçısülh bağlı vaxtilə millimizin şərəfini qorumuş bir neçə veteran futbolçunun mətbuat nümayəndələrinin fikirlərini öyrəndik. Veteranlarımıza 3 sualla müraciət etdik. 1. Komandanın son oyunu barədə deyə bilərsiniz? 2. Yığmamızın hazırki durumdan çıxış yolunu nədə görürsünüz? 3. Sizin dövrün yığması Lüksemburqa qalib gələ bilərdimi?

Media nümayəndələrinin isə ümumi fikri bizi daha çox maraqlandırırdı. Yeri gəlmişkən, fikrini öyrəndiyimiz jurnalistlərdən 3-ü idman mətbuatını deyil, siyasi mətbuatı təmsil edirlər. Hər halda onların mövqelərini bilmək maraqlı olardı.

Vidadi Rzayev: 1. İlk hissədə komanda yaxşı oynadı. 2-ci hissədə isə, gözləniləndən zəif çıxış etdi. Qalib gələ bilməməyimizin səbəblərini deyə bilmərəm. Çünki, bu işin içində deyiləm. Səbəbini Foqtsdan, AFFA rəhbərliyindən soruşmaq lazımdı. Kimsə bu nəticəyə görə cavab verməlidi.

2. Baş məşqçi yerli mütəxəssi olmalıdı. Bunu Foqts hələ milliyə yeni təyinat alanda da demişdim. Alman işini düzgün qura bilmədi. Ziyanı futbolumuza dəydi. Elə bilirdi ki, bura İspaniya, İtaliyadı, hazır yerdə işləyəcək. Amma futbol sahəsində ciddi problemləri olan bir ölkəyə gəlmişdi. Hər şeyi hazır istəyirdi. Bir ki, futbolçular klublardan milliyə gəlir. Çox vaxt da hazırlıqsız. Klublarımızda da əməlli-başlı islahatlar aparılmalıdı.

3. Bizim dövrümüzdə Millinin uğursuz nəticələri var idi. Amma gəlin baxaq, həmin vaxt indiki şərait bizə yaradılmışdımı? Bizim dövrümüzdə FİFA reytinqində 97-ci pilləyə kimi irəliləmişdik. Foqts gələndə irəli aparmaqdansa, geriyə saldı. Bir mərhələdə 7 xal toplamaqla deyil, indiki şəraitlə bunu istənilən yerli mütəxəssisimiz bacarardı.

Sakit Alıyev: 1. Komandamız bərbad oyun göstərdi. Doğrudu ilk yarıda bir qədər inamlı təsir bağışlayırdılar. Amma bu sözləri ikinci hissə haqda demək olmaz. Lüksemburq daha üstün futbol nümayiş etdirdi. Qalib gəlməyə haqları çatırdı. Futbolçuların hamısı imkanlarından aşağı səviyyədə çıxış etdilər. Yalnız Mahir Şükürovun oyunu xoşuma gəldi.

2. Birinci növbədə Foqts getməlidi. Onun yerinə yerli məşqçilərdən biri təyin olunsa daha yaxşı olar. O qədər təcrübəli mütəxəssislərimiz var ki, bekar qalıblar. Əcnəbilərdən isə ancaq Naci Şensoyun millimizə köməyi dəyə bilər. Həm türkdü, özümüzünküdü, həm Azərbaycan futboluna yaxından bələddi. Bundan başqa idarəetmə sahəsində islahatlar aparmaq vacibdi. Dərdimiz bir deyil, beş deyil, hansını deyəsən?

3. Futbolda hər şey ola bilər. Amma bizim dövrün millisi Lüksemburqu gözüyumulu udardı.

 

Fərrux İsmayılov: 1. Əla oynadılar, xoşum gəldi. Amma hücum xəttində problemlər var. Müdafiəçinin qol vurması da buna sübutdu. Rəqib ardıcıl 3 ötürmə edə bilmirdi, tez-tez səhvlər buraxırdılar. Bunlardan istifadə etmək lazım idi. Yığmanın son zamanlar göstərdiyi ən yaxşı oyun idi. Amma nəticə üzücü oldu. Görəsən, son saniyələrdə qol buraxsaydıq, onda olacaqdı? Maraqlıdı.

2. qədər ki, Milli çempionatda yerli futbolçular azlıq təşkil edəcək, irəli getməkdən dəm vura bilməyəcəyik.

3. Vallah, bu futboldu. Gözlənilməzliklər həmişə olur. Bizim vaxtın millisi ilə Lüksemburqu rahat udmaq olardı. Əfsuslar olsun ki, bizim vaxtımız çoxdan keçib.

Samir Musayev: 1. Çox zəif oynadıq. Bəzi futbolçular elə bil meydanda yox idilər. Lüksemburq kimi komandanı udmamaq, özü Bakıda böyük faciədi.

2. Çıxış yolunu ancaq uşaq futboluna daha çox diqqət ayırmaqda görürəm. İndidən bu sahəyə fikir vermək lazımdı ki, 10 ildən sonra nəyəsə ümid edə bilək.

3. Mənim vaxtımdakı yığma Lüksemburqla 100 oyunda da qarşılaşsaydı, hamısını udardı.

 

Səbuhi Məmmədli (Lent.az saytının redaktoru): “Azərbaycanda AFFA deyilən qurum buraxılmasa, futbola “fidbol” deyənlər çıxıb getməsə, sabah Andorrayla da bu durumda qalmayacağımıza təminat yoxdur. Odur ki, azarkeşlərin istefa şüarını təbii qarşılayıram. Mən Rövnəq müəllimin yerinə olsam, o hiyləgər Foqtsu məhkəməyə verərəm. 5 il bundan qabaq gəncləşdirmə siyasəti deyib hoqqaya başlamışdı. Artıq həmin gənclər qocalıblar. bu illər ərzində 7 xalrekordunu çıxmaq şərti ilə baş verib ki? Məncə almanları foqtslu-raablı qovmaq lazımdır. Onsuz da Almaniyadan bezmişik”.

Etibar Cəbrayıloğlu (“Ədalətqəzetinin yazarı):Oyuna baxmamışam. Buna görə , millimizin göstərdiyi futbola münasibət bildirmək yersiz olardı. Nəticə barədə isə... Lüksemburqu uda bilmiriksə, deməli, hər şey aydındı. Deməyə söz tapa bilmirəm.

Foqts başımıza qaxınc edir ki, xaricdə futbolçunuz yoxdu, əlimdə olanyerli materialla edə bilərəm? Bəs səni bura niyə gətirmişdilər? Məgər bilmirdin ki, Azərbaycan futbolunun səviyyəsi necədi? Külli miqdarda pul alırsan ki, bu çatışmazlıqları aradan qaldırasan, problemlərin həllinə kömək edəsən. Foqts üzərinə düşən işi bacarmadı. Göstərdiyi nəticələrə görə, Foqtsun millidən göndərilməsi qaçılmazdı onu əvəzləyəcək məşqçinin işi asan olmayacaq”.

Şəmsəddin Abbasov (Lider.TV-nin keçmiş əməkdaşı): ““Danışmağa söz tapa bilmirəm. Komanda bərbad futbol göstərdi. Lüksemburq bizdən yaxşı oynayırdı. qədər gec deyil, Foqtsdan imtina etmək lazımdı. Ondan səviyyəli neçə məşqçimiz var. Azından Premyer Liqada ilk üç yeri tutan komandaların baş məşqçiləri millini çalışdırmağa layiqdilər. Həm Böyükağa Hacıyev, həm Qurban Qurbanov, həm Kaxaber Sxadadzenin milliyə Foqtsadan qat-qat çox xeyiri dəyə bilər”.

Yusif Nəzərli (“Şərqqəzetinin baş redaktor müavini):Sürpriz gözləmirdim. Belə nəticələrə çox alışmışıq. Düşünürəm ki, bu gedişlə bir neçə il azarkeşlərə sevinc yaşatmaq mümkün olmayacaq. İlk hissədə azacıq komanda oyunu göstərə bildik. Amma fayda... fiziki hazırlıq, qələbənin fəlsəfəsi, fədakarlıq, bütün psixoloji səfərbərliyi sonda qola çevirməkbax, bunlar millimizin əsas problemləridi. Komandanın yaratdığı qol epizodlarının boşa getdiyini görəndə fikirləşirsən ki, illərdi futbolda var olan hücumçuların peşəkarlığı zaman özünü göstərəcək? Halbuki, bu vəziyyətlərdən Avropanın ortababları maksimum yararlanardılar. Komandada peşəkarlıq çatmırhücumda, müdafiədə, yarımmüdafiədə, hətta məşqçilər korpusunun oturduğu yerdə ”.

Rüfət Nadirli (“İnterAz” televiziyasınn idman aparıcısı): “Bu oyun yox, biabırçılıq idi. Berti Foqtsun növbəti dəfə bizimləməzələndiyigün idi. vaxt idi özümə söz vermişdim ki, millinin oyunlarına baxmayım. Bunu başqa cürə yozmasınlar. Sadəcə baxımsız oyuna əsasən Berti Foqtsa görə baxmırdım. Nədənsə özümü bu dəfə saxlaya bilmədım. Kaş baxmayaydım. Yenə əsəb, yenə Berti Foqtsun qırmızı sifəti... İkinci hissədə rəqib bizdən daha inamlı idiBəxtimiz gətirdi ki, uda bilmədilər. Həmin anlarda Berti Foqts yəqin Allaha dua edirmiş ki, olar qol vurmasınlar. 1 ayın 20 gününü Almaniyada, 10 gününü Azərbaycanda keçirən bir şəxsdən gözləyək? Təbii ki heç , ammapaçka-paçkapullar alır öz ölkəsində yeyir”.

Ceyhun Əliyev (“Gündəlik Teleqrafqəzetinin əməkdaşı):Millinin baş məşqçisi Berti Foqts bu gün yəqin ki, Ərdoğan qədər nifrət olunan şəxslərdəndi. Ancaq hesab edirəm ki, alman məşqçi bu gün Azərbaycan futboluna aidiyyatı olan şəxslər arasında ən az günahı olandı! Səbəblərin çoxu, bununla bağlıHet-trik newsda geniş yazıyla görüşünüzə gələcəm. İndi isə Lüksemburqun qapısına 180 dəqiqə ərzində (səfər oyununu da nəzərə almaqla) vurduğumuz yeganə qolun müəllifi Ruslan Abışovunistefa qışqıran fanatlar stadiona gəlməsinləraçıqlamasına toxunacam. Sadəcə, toxunacam. Mən Ruslanla tamamilə razıyam ki, bizdə azarkeş kütləsi yoxdu. Orta yaşlı nəsil futbola gəlmir, tribunalara yeni nəslin nümayəndələri axışır qarşılarında heç bir təcrübəli fanat görmədikləri üçün əsl azarkeşin necə olduğunu bilmirlər. Niyə orta yaşlı nəsil stadiona getmir, ay Ruslan? Bu sualı heç olmasa bircə dəfə özünə vermisən? Tanışlıq, tapşırıq təyin olunan komandalarınfan-klubrəhbərləri futbolun olduğunu bilirlər? Söhbət klublardan maliyyələşənfan-klublardan gedir. Daha bir məqam. Ay Ruslan, sənin təmsil etdiyin yığma komanda FİFA-nın reytinq cədvəlində 120-ci pillədə qərarlaşıbsa, azarkeşin buna uyğun intellektə malik olacaq da! Təbii ki, komandanı irəli səsləmək əvəzinəistefaqışqırmaq anormallıqdı. Axı həmin vaxt millimiz hücumlar edir, oyunun bitiminə isə təqribən 20-22 dəqiqə qalırdıLakin bir daha təkrar edirəm, sənin formasını geyindiyin milli komanda 120-cidir! Bu bədbəxtçiliyi futbolumuza sən sənin komanda yoldaşların yaşadır. Ona görə ağız büzməyə dəyməz. Sadəcə, azarkeşlər Foqtsu yox, futbolçuları istefaya çağırsaydı, daha ədalətli olardı.

Rüstəm Mikayıllı (Azerisport.az saytının əməkdaşı): Açığı, belə oyunlardan sonra matc haqda nəsə demək milliyə bəraət qazandırmaq kimi bir şeydir. Çünki  Luksemburqa qarşi istənilən heyətdə durumda, hücum xəttindən, lap belə cinah müdafiəçisini oynatsan belə, qalib gəlməlisən, üstəlik Bakıda. Millimiz qələbə qazana bilmədisə futboldan yox, başqa şeylərdən danışmaq lazımdır. Həmçinin matçdan sonra bir futbolçunun azarkeşləri ittiham etməsi anlaşılmazdır. Bakı şəhəri qədər əhalisi olmayan yarıpeşəkar futbolçulara qarşi 3 hissə qol vurmayan oyunçularımızın səbəb axtarması gülüncdən başqa bir şey deyil. Azərbaycan azarkeşi boynu bükük şəkildə yox, başı uca gəzmək istəyir, amma millinin nəticələri buna imkan vermir”.

Amal Abuşov (Futbol+ qəzetinin köşə yazarı):Millimiz səfərdə Lüksemburqu uda bilməyəndə, iddia edirdik ki, bizimkilər səfər sindromundan əziyyət çəkir. Amma dolu tribanalar belə qələbə qazanmağımıza yetərli olmadısa, deməli biz onlardan heç güclü deyilik. Konkret bu oyun AFFA rəhbərliyinin Foqtsa güvənməklə səhvə yol verdiyini bir daha isbatladı. Lüksemburqu uda bilməyən komanda Bakıda Rusiyani məğlub eləsə, mən bu qələbənin təmizlyinə şübhə edərəm. Görünür, klubsuz qalan Subaşiçin yığmanın heyətində  meydana çıxması kiminsə sifarişi imiş, Allah da bu haqsızlığı götürmədi”.


“Het-trik news”



  #1   Adınız: VÜQAR;   E-mail: [email protected]

10.06.2013 22:32

Foqtsa görə cavabdeh Rövnəq Abdullayevi də fırladan Elxan Məmmədovdur.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail