"Qəbələ"dən növbəti çempionluq

09.06.2013 | 3813 dəfə oxunub

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan "Qəbələ" daha bir liqanı çempionluqla tamamlayıb. Stadium.az xəbər verir ki, U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən "qırmızı-qaralar" U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.

Bu gün U-16 Liqasında keçirilən "Rəvan" - "Qəbələ" matçından sonra qonaqlar 2012-2013 mövsümünün qalibi adını qazanıb. "Qəbələ" qalib adına keçirdiyi 22 oyundan sonra yiyələnib. "Rəvan"la matç komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə qələbə qazandıran qollara Roman Hüseynov və Ülvi İskəndərov imza atıb. Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran "qırmızı-qaralar" 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan "Neftçi" üçün əlçatmaz olub. Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan "Qəbələ" çempionluğu təmin edib.

Xatırladaq ki, yekunlaşmayan U-15 Liqasında da "Qəbələ" çempionluq şansını saxlayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail