"Qalatasaray" növbəti transferini reallaşdırdı

07.06.2013 | 4984 dəfə oxunub

"Qalatasaray" növbəti transferini reallaşdırıb. Stadium.az xəbər verir ki, Türkiyə çempionu 29 yaşlı hücumameylli yarımmüdafiəçi Erman Kılıçı heyətinə qatıb. Kılıç "Qalatasaray"a azad agent statusu ilə keçib. Çünki təcrübəli futbolçunun son klubu "Sivasspor"la sözləşməsi mövsümün sonunda bitib. Kılıç "Cim-Bom"la "2+1" illik sözləşmə imzalayıb. Son mövsümdə təcrübəli yarımmüdafiəçi 34 çempionat oyunundan yalnız birində iştirak etməyib. "Sivasspor"un heyətində 5 qol vuran Kılıç 12 dəfə də məhsauldar ötürmə ilə yadda qalıb. Maraqlıdır ki, Erman Kılıç spn mövsümdə qollarından birini yeni klubunun - "Qalatasaray"ın qapısından keçirib. Kılıç keçidini belə şərh edib: "Fatih Terim məni öz komandasında gprmək istəyirdi. Keçidimin əsas səbəbkarı da məhz odur. Buna görə də Fatih hocaya təşəkkür edirəm. Çox sevinirəm ki, "Qalatasaray" kimi böyük bir kluba gəldim. Burada uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Uğurlu çıxış etməyə məcburam. Çünki mənə güvənən, ümid bəsləyəmn insanlar var. Onların etimadığını doğrultmalıyam. Ümid edirəm ki, "Qalatasaray"ın qazanacağı uğurlarda mənim də payım olacaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail