Roberto Karlos: "Dünya çempionu heç nədən qorxmamalıdır"

07.06.2013 | 4429 dəfə oxunub

"Anji"nin sabiq direktoru, Türkiyənin "Sivasspor" klubunun  yeni baş məşqçisi Roberto Karlos Mahaçkala klubunu tərk etməsinin səbəbini açıqlayıb. Stadium.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu "Anji"dəki günlərini xoş xatirə kimi xatırlayacağını bildirib: "Gedirəm, amma "Anji"də çoixlu dostlarım qalır. Hər zaman işimin öhdəsindən maksimal dərəcədə yaxşı gəlməyə çalışdım. Burada keçirdiyim 2 ili hər zaman karyeramdakı ən yaxşı vaxtlardan biri kimi xatırlayacağam".

Karlos qeyd edib ki, "Sivasspor"la bir neçə ay öncədən danışıqlara başlayıb: "Türkiyə klubunun nümayəndələri mənimlə ilk dəfə 3 ay əvvəl əlaqə qurdular. Həmin vaxt onlara bildirim ki, hələlik heç nəyi müzakirə edə bilmərik. Çünki "Anji" ilə müqaviləm var. Daha sonra "Anji"nin mövqeyini öyrənmək istəyirdim. Komandada bundan sonra hansı postu tutacağım mənim üçün böyük maraq doğururdu. Hər kəs təsdiq edə bilər ki, "Anji"yə gəldim ilk gündən bu ana qədər komandada çox şey dəyişib. Mən öz təcrübəmi "Anji"nin uğurları üçün sərf etdim. Futbola sevgim sonsuzdur və bu cür əla bir klubda çalışdığıma görə daim sevinirdim. Amma mən özümü artıq məşqçi kimi sınamaq istəyirəm. Düşünürəm ki, bunun üçün tam hazıram. Lakin "Anji"də bu vəzifəni tutmağımın mümkünsüz olduğunu anlayınca klubdan gedəcəyimi qətiləşdirdim. Bundan sonra təkliflərin sayı artdı. Türkiyə ilə yanaşı, Qətər və İspaniyadan da xidmətimdə maraqlı olanlar var idi".

Braziliyalı sabiq futbolçu "Sivasspor"u seçməsinin səbəbini belə izah edib: "Sivasspor"u ona görə seçdim ki, ilk ciddi təklifi məhz bu klubdan aldım. Klubun prezidenti özü şəxsən mənimlə əlaqə qurdu. Müəyyən danışıqlardan sonra təklifi qəbul etdim. Bildirdim ki, mən komandanın baş məşqçisi olacağam. Mənim fəaliyyətimdən çox şey asılı olacaq. Oyunçu transferlərindən tutmuş gənclərin inkişafına qədər. Karyeram ərzində bir çox məşqçilərlə çalışmışam və onların hər birindən nəsə öyrənmişəm. İndi isə öyrəndiklərimi gənclərlə paylaşmaq zamanıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail