"Neftçi"nin məşqçisi beynəlxalq seminarda iştirak edib Müsahibə

05.06.2013 | 3289 dəfə oxunub

“Neftçi”nin əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov İngiltərədə keçirilmiş beynəlxalq seminarda iştirak edib. Stadium.az xəbər verir ki, məşqçi tədbir barədə təəssüratlarını klubun rəsmi saytına danışıb.

- İlk olaraq seminar barədə məlumat verərdiniz.

- İngiltərədə təşkil olunan seminarda yalnız qapıçılar üzrə məşqçilər iştirak edirdi. Tədbirə Avropanın “Mançester Yunayted”, “Çelsi”, “Ayaks”, “Deportivo” kimi məşhur futbol klublarının qapıçılar üzrə məşqçiləri qatılmışdı. Seminar müddətində qitənin 17 ölkəsindən gəlmiş məşqçilərlə təmasda oldum. Onu da deyim ki, Müstəqil Dövlətlər Birliyindən seminarda yalnız Azərbaycan təmsil olundu və bu, “Neftçi” PFK rəhbərliyinin dəstəyi ilə baş tutdu.

- Yəqin ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən final oyununu izlədiniz.

- Oyun keçirilən gün artıq Bakıda idim və bu oyunu stadiondan izlədim. Bildiyiniz kimi, bu qarşılaşmada oyunun taleyini 11 metrlik cərimə zərbələri həll etdi. Yeri gəlmişkən, seminarda müzakirə olunan əsas mövzulardan biri də məhz penalti seriyası zamanı qapıçıların psixoloji durumu idi. Bu mövzuda məşğələlərə İngiltərənin “Mançester Yunayted” klubunun qapıçılar üzrə məşqçisi Erik Stil başçılıq edirdi. Bu şəxs Peter Şmeyhel, Edvin van der Sar kimi qapıçıların məşqçisi olub və onun mühazirə zamanı toxunduğu mövzular bu günün aktual məsələləridir. Erik Stil Çempionlar Liqasının “Mançester Yunayted” və “Çelsi” komandaları arasında keçirilmiş final oyunu üzərində dayanaraq bir sıra psixoloji məqamlara aydınlıq gətirdi. Həmin oyunda penaltilər seriyasında “Mançester Yunayted”in “Çelsi”ni məğlub etməsində məhz qapıçı van der Sarın rolu böyük oldu. Rəqib futbolçuya psixoloji təzyiq göstərən qapıçı onun 11 metrlik zərbədən yararlana bilməməsinə nail oldu. Erik Stil həmin oyunu yada salaraq qapıçının həlledici anlarda təkcə fiziki deyil, həm də psixoloji cəhətdən rəqibə necə təsir edə bilməsini nümunə göstərdi.

- Seminarda təmsil olunan digər ölkələrin qapıçı məşqçiləri Azərbaycan futbolu haqda hansı təəssüratlara malik idilər?

- Seminar müddətində qapıçılar üzrə məşqçilər - İspaniyanın “Deportivo” klubundan Joze Sambade, “Ayaks”dan Yan Splinter kimi mütəxəssislərlə ünsiyyətdə oldum. Sevindirici haldır ki, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində oynaması onların diqqətindən yayınmayıb. Bu gün “Neftçi” qrup mərhələsində çıxış etməklə, Azərbaycanın adını biz təsəvvür etdiyimizdən də artıq tanıdıb.

- Bu kimi seminarların faydası az olmayacaq.

- Təbii ki, gənc bir məşqçi kimi mənim bu seminarda iştirakım təcrübə qazanmağım baxımından önəmli idi. Orada Avropa ölkələrinin müxtəlif futbol məktəblərinin ənənələri ilə tanış oldum. Onların təcrübəsini burada tətbiq edərək çox yaxşı nəticələrə nail olmaq mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail