Ramin Musayev: "İnsanlar bu 10 saniyəlik bir gərginliyi 10 saat etmək istəyirlər" Müsahibə
Pəşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- Ramin müəllim,
arxada qoyduğumuz 2012-2013 mövsümünü PFL-in işi və qarşısına qoyduğu məqsədlər
baxımından necə xarakterizə edərdiniz?
- Mövsüm olduqca maraqlı keçdi.
Keçən illə müqayisədə bu dəfə ilk altılıqda başqa komandalara mübarizə
apardılar. Çempion son turlarda müəyyən oldu. Halbuki çempionat qızıl oyuna da
gedib çıxa bilərdi. Ümumilikdə götürsək, çempionat gərgin və maraqlı keçdi.
Gərgin keçən çempionatın nəticəsidir ki, Con Toşak,Yuri Syomin kimi məşhur
məşqçilər Azərbaycanda işlməyə razılıq verdilər. Bu məşqçilər heç də gənc
və təcrübəsiz deyillər ki, özlərini gəlib Azərbaycanda sınasınlar. Yetərincə
təcrübəyə, şöhrətə sahib olan bu insanlar yəqin ki, heç vaxt səviyyəsiz bir çempionatda
çalışmaq istəməzlər. Bu baxımdan deyə bilərəm ki, onları Azərbaycan Premyer
Liqasına gətirən səbəblərdən biri də PFL-in bu mövsüm qarşısına qoyduğu
məqsədlərinə çatmasıdır.
- Bəs, PFL növbəti
mövsüm milli çempionatımızı daha maraqlı, daha da səviyyəli etmək üçün hansı
planları gerçəkləşdirməyə çalışacaq?
- Açığı, gələn mövsüm haqqında
indidən danışmaq istəmirəm. Çünki vaxta hələ var. Son mövsümü yenicə
bitirmişik. Ona görə növbəti mövsüm və ya planlar barədə indidən danışmaq
maraqsız olardı. İnşallah, yeni mövsümün başlamasına 1 həftə qalmış, sizə
yeniliklər haqqında ətraflı məıumat verərəm.
- Bildiyimiz kimi,
artıq gələn mövsümdən etibarən Topaz Premyer Liqasında 10 klub, 4 dövrəli
sistemlə mübarizə aparacaq. Necə fikirləşirsiz, bu klubların sayını azaltmaqdansa,
artırmaq, çempionatımızı daha da maraqlı, gərgin olmasına şərait yaratmazdımı?
Ən azından 16 klub olsaydı?
- Əlbəttə, klubların sayı çox
olsaydı, çempionat daha maraqlı olardı. Məndən olsa, 20 klubun çempionatda
mübarizə aparmasını istərdim. Ancaq kimlə, hansı komanda ilə? Premyer Liqaya
gəlmək istəyən yoxdu. Elə mətbuata deyirlər ki, gəlirik, amma ortada bir şey
yoxdur. Qapımız açıqdır, kim istəyir buyursun, gəlsin. 4 komanda tapın sistemi
dəyişim, gələn mövsümdən etibarən 10 yox, 14 komanda mübarizə aparsın.
Şərtlərimiz də demək olar ki, yox dərəcəsindədir ki, Premyer Liqaya gəlmək
istəyən klub bundan narazılıq etsin. Rövnəq Abdullayev AFFA-nın prezidenti
olandan bəri artıq klublardan üzvlük haqqı almaq məsələsi ortadan qaldırılıb.
Öz dövlətinin milli komandasında oynayan futbolçuya görə legioner haqqı
ödənilmır. Bunlar hamısı bir növ klublara dəstəkdir. Elə komanda var ki, 1 ildə
heç 20 -30 min pul ödəmir. Legioneri yoxdur, pul ödəmir və ya legionerlərinin
hamısı öz milli komandalarında oynadıqları üçün klub pul ödəmir.
- Məlum olduğu kimi,
iyun ayının 3-də AFFA Türkiyə Futbol Federasiyasının Türkiyə Super kubok
oyununu Bakıda keçirilməsi təklifinə rədd cavabı verdi və bunu da sırf olaraq,
vaxt azlığı ilə izah etdi. Siz necə düşünürsüz, AFFA-ya mane olan sırf vaxt
azlığı oldu, ya başqa problemlər var idi?
- Yox, başqa problemlər yoxdur.
Bildiyiniz kimi 10 komanda, 4 dövrə artıq 36 oyun deməkdir. Bundan başqa, biz
keçən ilin çempionat proqramını tutanda açığı inanmırdıq ki, “Neftçi”
Avroliqanın qrup mərhələsində iştirak etsin. Ancaq bu bizim səhvimiz oldu və
çempionatın gedişində də bununla əlaqədar olaraq bir sıra təqvim dəyişikliyi
oldu. Bu il bizi bütün bu məsələləri nəzərə almalıyıq, onsuz da çempionatımızda
oyunların sayı artdı. Bütün bunları nəzərə alanda doğrudan da vaxtımızın çox az
olduğunu görürük. TFF-nin təklifinə müsbət cavabın verilməməsinin ən əsas
faktor ondan ibarətdir ki, avqust ayının 11-də Topaz Premyer Liqasının
2013-2014 mövsümünə start veriləcək və həmin gün çempionatımızda ilk oyunlar
keçiriləcək. Doğrudur, hələ ki, püşkatama olmayıb, ancaq avqustun 11-də artıq
ilk oyun keçiriləcək.
- Qalmaqallı keçən
Azərbaycan kubok finalında siz ətrafınızda bir neçə mühafizəçi ilə meydana
daxil olub yaranan problemi həll etməyə çalışdınız. Ümumiyyətlə, PFL-in və
ələlxüsus da onun prezidentinin bu cür məsələlərə birabaşa müdaxilə
etməsi nə dərəcədə düzgündür? Bu təhlükəzsiliyi həmin matçın nominal ev sahibi
olan klub “Neftçi” özü etməli deyildimi?
- Əvvəla onu deyim ki,
çempionatı və kubokun finalını biz keçiririk. Ev sahibi deyəndə isə “Neftçi”
orada nominal olaraq bu vəzifəni yerinə yetirir. Ancaq bütün təşkilatçılıq
məsələlərinə cavabdeh olan tərəf biz idik. Ümumilikdə götürsək, nəinki
Azərbaycan kubokunun final oyunu, bütün çempionat boyu biz Daxili İşlər
Nazirliyinə, hansı rayonda, bölgədə oyun keçiriləcəksə, həmin ərazinin polis
rəislərinə təhlükəsizliyin təmin olunmasına dair məktub göndərilir. Onlar da bu
vaxta qədər tam şəkildə bu işin öhdəsində gəliblər. Gəlin,Türkiyə çempionatına
nəzər salaq. Orada hansı hadisələr yaşanır, ancaq bizim hüquq-muhafizə orqanı
nümayəndələrimiz belə hadisələrin baş verməsinə qəti imkan vermirlər. Final
oyununda da 120 dəqiqə ərzində, sonda yaranan dava dalaşı çıxsaq, heç bir
neqativ hal olmadı. Heç bir azarkeş biri-birini döymədi. Yalnız həmin o 10-12
saniyəlik dava-dalaş bütün bu təşkilatçılıq məsələlərinin üstündən xətt çəkdi.
Əgər həmin davadan sonra fikir verdinizsə, bir-birini döyən həmin insanlar
barışdılar. Ancaq insanlar bu 10 saniyəlik bir gərginliyi 10 saat etmək
istəyirlər və bu məsələni unutmaq, sakitləşdirmək əvəzinə günlərdir, daha da
qıcıqlandırırlar. O ki qaldı mənim meydana düşməyim və olanlara müdaxilə
etməyimə, bu, mənim birinci olaraq insanlıq borcum idi. Çünki mən baxdım ki,
meydanda bir klubun rəhbərliyi var, digərininki yoxdur və dalaşanlar da
emosiyalarını cilovlaya bilməyən gənc uşaqlardır. Buna görə də istədim ki,
hadisəyə özüm müdaxilə edim.
- “Xəzər” TV-də
çıxışınız zamanı bildirdiniz ki, qalmaqal anında “Xəzər Lənkəran”
klubunun rəhbərliyi orada olmayıb və bir növ bu insidentin böyüməyinə səbəb bu
olub. Bəs, necə düşünürsünüz, bu fikriniz bir PFL prezidenti olaraq
bitərəflilik prinsipinin pozulmasına şərait yaratmadı ki?
- Mən “Xəzər Lənkəran”
rəhbərliyini ittiham etmirəm. Sadəcə olaraq demişəm ki, rəhbərlikdən heç kim
meydanda yox idi və dediyimin üstündə də dururam. Bu gün Ramin Musayevdə günah
axtaran şəxs və ya şəxslər həmin gün stadionda olmalı idilər.
- AFFA çempionat boyu
və ya kubok oyunlarından sonra bu və ya digər səbəblərə görə klubları
cərimələyir və müəyyən məbləğdə pul alır. Bu yığılan pullar konkret olaraq,
hansısa məqsədlərdən ötrü xərclənilirmi?
- Bu pullar sırf olaraq PFL-ə
gəlir. Biz ictimai birliyik və başqa yerdən maliyyələşmirik. Sırf o pulların
müqabilində PFL işçilərinə maaş verilir. Cərimə pullarıdır, legionerlərin
üzvlük haqlarıdır - bütün bunlar bizə gəlir və biz bunun sayəsində
maliyyələşirik.
- Əgər Türkiyə
superkubokunun finalı Bakıda keçirilsəydi, siz adi azarkeş kimi “Qalatasaray”,
yoxsa “Fənərbaxça”ya azarkeşlik edəcəkdiniz?
- “Qalatasaray”a! Mən çoxdan “Qalatasaray”ı sevirəm. Bu 1-2 ilin içində yaranan bir şey deyil. Uzun müddətdir ki, mən bu kluba azarkeşlik edirəm. Bundan önəmlisi də odur ki, mən Türkiyə yığmasının azarkeşiyəm. Bir neçə il bundan qabaq da “Qalatasaray”lı futbolçular Türkiyə yığma komandasının əsasını təşkil edirdi. Bu da məni “Qalatasaray”ı sevməyə məcbur edən faktlardan biridir.
qafqazinfo.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |