"Neftçi"nin yeniyetmələrinin Gürcüstan sınağı

04.06.2013 | 4558 dəfə oxunub

“Neftçi” PFK-nın aşağı yaş qruplarından ibarət komandaları Gürcüstan Futbol Federasiyasının ilk prezidenti Nodar Axalkatsi adına 6-cı beynəlxalq Tbilisi turnirində iştirak ediblər. Stadium.az xəbər verir ki, məşqçi İslam Kərimovun yetirmələri olan 2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda qrupda “Raça”ya (Ambromlauri) uduzsa da (1:2), “Morkinali”ni (Tbilisi) 5:2, “Saburtalo-1”i (Tbilisi) isə 3:2 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. Bundan sonra “Çempioni-1” (Tbilisi) və “Acari” (Batumi) klublarını müvafiq olaraq 1:0 və 4:1 hesabı ilə yenən komanda, yarımfinalda Tbilisi “Dinamo”sunun futbol akademiyasının komandasına 0:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə “Avaza”ya uduzan (0:2) "Neftçi" turniri 4-cü pillədə başa vurub.

Məşqçi Tural Kərimovun başçılıq etdiyi 2003-cü il təvəllüdlü futbolçulardan ibarət komandaisə qrupda Tbilisinin “Baqsvudi” (5:2) və “Saburtalo-1” (0:4) klubları, eləcə də Tskinvali “Spartak”ı (4:3) ilə qarşılaşıb. Növbəti mərhələdə “Axarlsixe” (Mesxeti) klubunu 7:0 hesabı ilə darmadağın edən komanda daha sonra Tbilisi “Dinamo”sunun futbol akademiyasının komandasına uduzaraq mübarizəni dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail