"Barselona"nın futbolçusu Qəbələ kubokunun ən yaxşı oyunçusu seçildi

02.06.2013 | 3996 dəfə oxunub

II Qəbələ Kubokuna təntənəli təltifetmə mərasimi ilə yekun vurulub. Stadium.az xəbər verir ki, ilk öncə səhnəyə müxtəlif nominasiyalar üzrə turnirin fərqlənən futbolçuları dəvət ediliblər. Nominasiyalar üzrə təltif olunan futbolçuların siyahısı aşağıdakı kimidir.

Ən yaxşı qapıçı: Karles Fernandes (Barselona)

Ən yaxşı müdafiəçi: Rodney Konqolo (Feyenord)

Ən yaxşı yarımmüdafiəçi: Baxşəliyev Baxşəli (Qəbələ), Topolov Dimitry (Şaxtyor)

Ən yaxşı hücumçu: Madi Queta (Portu), Rıfat Canaslan (Beşiktaş)

Ən yaxşı oyunçu: Lii Seunqvo (Barselona)

Fair Play: Emil Əliyev ("Bakı", kapitan), Vitaliy Qorulev  ("Zenit", kapitan)

Fərqlənən futbolçular xatirə hədiyyələrini "Qəbələ" İdman Klubunun prezident müşaviri Toni Adams, "Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard, "Feyenoord" U-15 komandasının baş məşqçisi Roy Makaay, "Qəbələ" Futbol Akademiyasının keçmiç direktoru Ali Yavaş və "Qəbələ" İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfovdan alıblar.

Daha sonra ilk 3 yerin sahibinə kubok və medallar təqdim olunub. Qaliblər "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov və  vitse-prezident Fariz Nəcəfov tərəfindən təltif ediliblər. Öncə səhnəyə bürünc medalların sahibi "Barselona" qalxıb. Daha sonra "Feyenoord" gümüş medallara və kubokuna qovuşub. Sonda isə II Qəbələ Kubokunun qalibi "Portu" Çempionluq Kubokunu başı üzərinə qaldırıb. Portuqaliyalıların stadionda zəfər dövrəsindən sonra II Qəbələ Kuboku yekunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail