Gekas "Trabzonspor"da

31.05.2013 | 4981 dəfə oxunub

Son mövsümdə "Akhisar Bələdiyyəspor"un Superliqada qalmasında böyük rolu olan yunan forvard Gekas komandanı tərk edir. Stadium.az xəbər verir ki, təcrübəli futbolçunun yeni klubu da artıq bəllidir. Belə ki, Gekas karyerasını yeni mövsümdə "Trabzonspor"da davam etdirəcək. Trabzon klubunun rəhbərliyi artıq yunan hücumçu ilə görüşmələri yekunlaşdırıb. Tərəflər bütün detallarda razılığa gəliblər. Bazar ertəsi Gekasın "Trabzonspor"un futbolçusu kimi ictimaiyyətə təqdim olunacağı bildirilir. Gekası heyətinə qatan "Trabzonspor" braziliyalı qolçu Henrikenin komandada qalıb-qalmayacağı barədə hələlik qərar qəbul etməyib. Mövsüm boyu qeyri-stabilliyi ilə diqqət çəkən və sona yaxın formasını yığan Halil Altıntop da məşqçilər korpusunun verəcəyi qərarı gözləyir. Verilən məlumatlara görə, "Trabzonspor" Halili heyətində saxlamaq istəməsə, futbolçu yenidən Almaniyaya dönəcək. Halitin Bundesliqa klubundan təklif aldığı bildirilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail