"Simurq"un 2012/13 mövsümündəki xronologiyası

31.05.2013 | 4186 dəfə oxunub

01.08.2012 - Nenad Stoyanoviç “Simurq”da oynamış 50-ci legioner futbolçu kimi klubun tarixə düşdü.

04.08.2012 - “Simurq” 2012/13 mövsümünə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə ilə başlayır.

18.08.2012 - “Simurq” ilk dəfə olaraq “Turan”ı 3:0 hesabı ilə məğlub edir.

20.09.2012 - “Simurq” tarixində ilk dəfə olaraq “Xəzər Lənkəran”ı səfərdə məğlub edir və turnir cədvəlinin lideri olur.

04.10.2012 - “Simurq” “Sumqayıt”la görüşdə də qalib gələrək yeni rekordun müəyyənləşdirir və 8 tur ard-arda məğlub olmur. Buna qədər isə 2011/2012 mövsümün son 6 oyununda da Zaqatala təmsilçisi məğlub olmamışdı. Nəticədə "sarı-qaralar" 14 tur məğlubiyyətin nə olduğunu bilmir.  

26.10.2012 - “Simurq” - AZAL oynunda Murad Səttarlı qarşılaşmanın əlavə olunmuş 4-cü dəqiqəsinin bitməsinə 15 saniyə qalmış möhtəşəm qola imza ataraq futbolun bir daha son saniyəyə qədər mübarizə aparılmalı idman növü olduğunu sübut etdi.

24.11.2012 - “Simurq” tarixində ilk dəfə “İnter”i minimal hesabla məğlub edir.

10.12.2012 - “Xəzər Lənkəran”la qarşılaşmada Georgi Çixradze “Simurq”un baş məşqçisi kimi  premyer liqada 25-ci matçına çıxır.

16.12.2012 - “Qəbələ”–“Simurq” (0:1) görüşündə Rüstəm Məmmədov 90+3-cü dəqiqədə meydana çıxmaqla “Simurq”un tarixində ən çox forma geyinmiş futbolçu olan Ramil Sayadovun rekordunu təzələyir. Bu mövsüm 5 görüşdə meydana çıxan Rüstəm Məmmədov Sayadovla birlikdə Premyer Liqada 86 oyunda “sarı-qara”lıların uğurları üçün mübarizə aparıb.

20.12.2012 - İlin son oynunda “Simurq” “Rəvan”a 1:0 hesabı ilə doğma arenada qalib gəldi və fasiləyə ikinci yerdə yollandı. Ancaq bu matçın nəticəsi rəqibin legioner limitini pozduğuna görə ləğv edildi. Zdravko Popoviç komandanın Premyer Liqada 191-ci qoluna imza atdı.

20.04.2013 - “Simurq” tarixində antirekorda imza atır. Premyer Liqanın XXVII turunda Zaqatala təmsilçisi səfərdə “İnter”ə 5:0 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 top fərqiylə məğlub olub. 

28.04.2013 - “Simurq” Premyer Liqanın XXVIII turunda səfərdə “Bakı”nın qonağı olub. Bu matçda Zaqatala təmsilçisi Premyer Liqada 200-cu rəsmi görüşünə çıxıb. “Sarı-qara”ların 2:1 hesabı ilə məğlub olduğu görüşdə Marçin Burxardtın vurduğu qol “Simurq”un Premyer Liqada 200-cü qolu kimi tarixə düşüb. 

30.04.2013 - AFFA-nın İntizam Komitəsi XXVIII turda oyundan sonra baş verən hadisələrə görə “Simurq”un baş məşqçisi Georgi Çixradze 10 oyunluq cəzalandırır. Bu klubun tarixində baş məşqçinin aldığı ən ağır cəza olur.  

18.05.2013 - “Simurq”un əvəzedici heyəti səfərdə “Qarabağ”la qarşılaşır. Bu görüşdə Rövşən Babayevin yetirmələri məğlub olmağa baxmayaraq klubun tarixində bir ilkə imza atırlar. Komanda 59 xallar əvəzedici heyətlərin ölkə birinciliyini gümüş mükafatlarla tamamlayırlar.

19.05.2013 - “Qarabağ” - “Simurq” (0:0) matçında Rasim Ramaldanov cari mövsümdə 24-cü görüşünə çıxmaqla Zaqatala təmsilçisinin tarixinə düşüb. Bu görüş kapitanın “Simurq”da keçirdiyi 87-ci oyun olub. Rasim bununla da komandann tarixində ən çox forma geyinmiş futbolçu ünvanını Ramil Sayadovdan və Rüstəm Məmmədovdan təhvil alır.

19.05.2013 - “Simurq” Premyer Liqanın son turunda “Qarabağ”la qolsuz heç-heçə edir və 2012/13 mövsümünü 48 xalla dördüncü pillədə tamamlayır. Bu Zaqatala təmsilçisinin tarixində Premyer Liqada qazandığı ikinci ən yaxşı nəticə olur. Ancaq təəssüf ki, Avrokuboklara vəsiqə qazana bilmir. Bunqan qabaq isə “Simurq” 2008/09 mövsümündə bürünc medallara sahib çıxmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail