Avropa Yay Oyunlarında çimərlik futbolu

31.05.2013 | 4096 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Mavrikidə FIFA-nın 63-cü Konqresi keçirilir və AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edir. Stadium.az xəbər verir ki, səfər çərçivəsində E.Məmmədov FIFA Çimərlik Futbol Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Cusco ilə görüşüb.

Görüşdə 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Yay Oyunlarında çimərlik futbolunun rolu barədə müzakirələr aparılıb. Əsas müzakirə mövzusu komandaların sayı, yarışın formatı, təsnifat mərhələsi və digər məsələlər olub.  Sadalanan məsələlərin həlli ilə bağlı başqa görüşlərin keçirilməsi qərara alınıb.

Xatırladaq ki, çimərlik futbolu üzrə yarışların təşkili ilə bağlı AFFA-nın təcrübəsi var. 2008-ci ildə çimərlik futbolu üzrə Avropa Kuboku oyunları Bakıda təşkil olunub.

Beləliklə,  Avropa Yay Oyunlarında çimərlik futbolu üzrə oyunların keçirilməsi FIFA tərəfindən təsdiq olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail