Hollandiyalı əfsanə: "Yaxşı oyun nümayiş etdirdik"

31.05.2013 | 4123 dəfə oxunub

II “Qəbələ kuboku” turnirinin yarımfinal görüşündə "Feyonord" penaltilər seriyasında “Şaxtyor”a  qalib gəlib. Stadium.az xəbər verir ki, oyundan sonra "Feyonord"un baş məşqçisi Roy Makay jurnalistlərin suallarını cavablandırıb.

- Gərgin keçən oyundan sonra penaltilər seriyasında qalib gəldiniz. Bu qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.

- Komandamız oyuna əvvəldən yaxşı başlamışdı. Hətta qolu ilk dəqiqələrdən vura bilərdik. Sadəcə, “Şaxtyor”un qapıçısı yaxşı oynadı. Daha sonra oyunun axırıncı dəqiqəsində öz səhvimizdən qapımızda qol gördük. Amma ümumilikdə yaxşı oyun nümayiş etdirdik.

- Öz qapıçınızı oyunun qəhramanı sayırsınız? Penaltilər seriyasında iki top qaytardı.

- Qapıçıma qəhraman deməzdim. Düzdü gözəl oyun nümayiş etdirdi. Amma qələbədə bütün komandanın payı var.

- Azərbaycanda ilk dəfə olursunuz. Özünüzü burda necə hiss edirsiniz və turnir haqqında nə deyə bilərsiniz?

- Özümü burda çox gözəl hiss edirəm. Rəqib komandalar da çox səviyyəlidir. “Barselona”, “Porto” və “Qəbələ” kimi rəqiblərimiz var. Turnir çox gözəl təşkil edilib. Bu turnir komandamız üçün böyük təcrübə olacaq.

- “Barselona”nın yarımfinalda uduzmağına sevindiniz? Həm də “Porto”dan finalda revanş ala bilərsiniz.

- Əksinə, finalda “Barselona” ilə oynamaq istərdik. Gözləyirdik ki, “Barselona” qalib gələcək. “Porto” ilə qarşılaşmışıq və onlarla necə oynayacağımızı bilirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail