Tale Heydərov: "Təəssüf ki hələ əsas komandamız uğur qazanmayıb" VİDEO

30.05.2013 | 4878 dəfə oxunub

II Qəbələ Kuboku turnirinin açılış mərasimindən sonra "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovun iştirakı ilə brifinq keçirilib. Stadium.az xəbər verir ki, Tale Heydərov ilk öncə “Qəbələ”nin “Şaxtyor”la 1:1 oynadığı ilk oyun haqda fikirlərini bildirib:  “İlk oyunla bağlı fikrim müsbətdir. Çünki “Şaxtyor” yaxşı akademiyası olan klubdur. Belə klubla heç-heçə etmək pis nəticə deyil. Hesab edirəm ki, turnirə yaxşı başlamışıq”.

Daha sonra Tale bəy “Qəbələ”nin əsas komandası ilə bağlı verilən sualı cavablandırıb: “Təəssüf ki hələ əsas komandamız uğur qazanmayıb. Baxmayaraq ki, hər il qarşımıza böyük məqsədlər qoyuruq. Amma buna nail ola bilməmişik. Stenli Brard “Feyenord” Akademiyası direktorudur. Yaxınlarda Hollandiyada ən yaxşı akademiya direktoru mükafatına layiq görülüb. Yuri Syomin də vaxtilə “Lokomotiv”i çalışdırıb və bir neçə nailiyyətlər əldə edib. Ümid edirik ki, bu şəxslər “Qəbələ”yə yüksək nailiyyətlər qazandıracaq. Klub rəhbərliyi olaraq əlimizdən gələni edirik ki, uğur əldə edək. Hesab edirik ki, “Qəbələ” baxımından düzgün seçim etmişik. Ümumi ölkə futbolu baxımından diqqət yetirsək, görərik ki, digər klublara da artıq səviyyəli məşqçilər gəlməkdədir. Bunun axır-əvvəl nəticəsi olacaq. Bir az səbir etmək lazımdır”.

Heydərov həmçinin onu da bildirib ki, 2016-cı ildə U-17-lər arasında ölkəmizdə keçiriləcək AÇ-nin oyunlarından bəzisinin Qəbələdə keçirilə biləcəyini də istisna etməyib. Tale Heydərovun sözlərinə görə, bunun üçün “Qəbələ”nin əsas stadionu tikilib başa çatmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail