“İnter”in rəqibləri müəyyənləşdi

30.05.2013 | 4344 dəfə oxunub

“İnter” UEFA Avropa Liqasının seçmə turnirinə hazırlıq çərçivəsində iki təlim-məşq toplanışı keçirəcək. Stadium.az xəbər verir ki, iyun ayının 2-dən 11-dək Türkiyədə keçiriləcək toplanışda komanda qardaş ölkənin aşağı liqasında mübarizə aparan klublarla iki yoldaşlıq matçı keçirməyi planlaşdırır. İyun ayının 14-də start götürəcək Avstriya toplanışındasa “İnter” 5 yoxlama oyunu keçirəcək. Belə ki, iyun ayının 18-də və 19-da Kaxaber Tsxadadzenin yetirmələri Avstriyanın yerli komandalarıyla qarşılaşacaq. Komandaların adları hələlik məlum deyil. Ayın 22-də komanda Rusiya Premyer Liqasının təmsilçisi “Terek”lə (Qroznı) üz-üzə gələcək. İki gün sonra “İnter” Çex Respublikasının təmsilçisi olan “Slaviya” komandasıyla gücünü sınayacaq. İyun ayının 27-dəsə Azərbaycan Çempionatının bürünc mükafatçısını Rumıniyanın “Buxarest” komandasıyla görüş gözləyəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının təsnifat mərhələsində birinci mərhələnin oyunları iyulun 3-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail