Foqts:“Futbolçuları iş başında görmək vacib idi”

30.05.2013 | 4853 dəfə oxunub

Doha şəhərində Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts affa.az saytına fikirlərini bildirib: “Belə bir sınaq oyununun keçirilməsinə müvəffəq olduğumuz üçün çox şadam. Bu oyun futbolçularımı iş başında görmək üçün son dərəcə vacib idi. Onu da qeyd edim ki, komanda üzvlərinin heç də hamısı bu sınaqdan çıxa bilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bəzi futbolçular millinin toplanışına qədər olan son 10-12 gündə heç məşq etməyiblər. Görünür, mən futbolu bəzi futbolçulardan daha çox sevirəm.
İkinci hissədə daha yaxşı oynamağımızın səbəbi təkcə əvəzetmələr deyil, həm də bəzi futbolçuların oyuna münasibəti idi. Sadə oynayanda oyunumuz daha yaxşı alınır. Fasilədən sonra rəqibi üstələməyimiz həm də onu göstərdi ki, bəzi futbolçularımız fiziki cəhətdən yüksək səviyyədədir.
Unutmayaq ki, bu oyun Qətər yığması üçün də xeyli əhəmiyyət kəsb edirdi. Qarşıda onları İran millisi ilə vacib oyun gözləyir. Əgər Qətər yığması son iki oyunda qalib gəlsə, dünya çempionatına vəsiqə qazanacaq. Onlar reytinqdə də bizdən irəlidədir. Ümumi təhlil etsək, ikinci hissədən razıyam. Bir daha qeyd edim ki, Lüksemburq yığması ilə oyun ərəfəsində bu, yaxşı test oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail